• Bizi izləyin:
AZ | RU | EN

Bakı şəhəri üzrə TGT sədrlərinin iştirakı ilə ATGTİ-nin iclası baş tutub

25.06.2019, 18:43 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Bakı şəhəri  üzrə TGT sədrlərinin iştirakı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) növbəti iclası keçirilib.

   ATGTİ-nin sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayıb və onları ATGTİ-nin ofisində görməkdən məmnunluq duyduğunu bildirib.

   İclas zamanı Faiq Məmmədovun Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclasında iştirakı və iclasın nəticələri haqqında müzakirələr aparılıb. Həmçinin, son günlərdə baş tutan bir sıra layihələrdən – “Sahillər Təmiz Qalsın!” layihəsi, “Gələcəyə Doğru” Məzun gecəsi, Tələbələrarası intellektual olimpiada və mükafatlandırma mərasimi, “Bədii Qiraət” Müsabiqəsi, “Tarixin Canlı Səhifələri” layihəsi, “Beynəlxalq Yoqa Günü” və s. danışılıb. Bu kimi layihə və tədbirlərin tələbələrin asudə vaxtlarının səmərəli keçməsində rolu xüsusi diqqətə çatdırılıb. Bununla yanaşı sədr TGT-lərin iş prosesini yaxından izləmək və qiymətləndirmək məqsədilə reytinq sisteminin tətbiq ediləcəyi haqqında sədrləri məlumatlandırıb.

   Ümumilikdə iclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib. Yeni fəaliyyətə başlayan TGT sədrləri kollektivə təqdim edilib.

   İclas zamanı TGT sədrlərinin sual və təklifləri dinlənilib və cavablandırılıb.

   Sonda TGT sədrləri və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib.