• Bizi izləyin:
AZ | RU | EN

Nizami Kino Mərkəzində Tələbələr Arasında İntellekt Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

18.06.2019, 13:49 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş olimpiada Nizami Kino Mərkəzində təşkil olunub. Mərasim Azərbaycan bayrağını özündə ehtiva edən rəqqasların rəqsi ilə başlayıb. Rəqs bitdikdən sonra himn səsləndirilib.

Tədbirdə açılış sözü Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevə verilib. Nazir müavini layihəyə uğurlar arzu edib.  O, Ulu Öndərin gənclərə verdiyi diqqətdən bəhs edib. Cənab prezident İlham Əliyevin gənclər siyasətindən söhbət açıb.

İntiqam Babayevdən sonra söz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucova  verilib. Bu günkü və sabahkı Azərbaycan gəncliyindən söhbət açan sədr intellektual gənclərin ölkəmizdə böyük bir orduya sahib olduğunu vurğulayıb. Cənab prezidentin bildirdiyi kimi işləri və planları insan kapitalı üzərində qurmağın əhəmiyyətindən danışıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov bu gün gənclərin sağlam gələcək uğrunda birləşməsini, bu cür intellektual oyunlarda bir araya gəlməsini böyük hadisə adlandırıb.

Daha sonra layihənin icraçı direktoru Xəyal İbrahimzadə danışıb. Qonaqlar və şirkətlərə layihəyə dəstək olduqları üçün dərin təşəkkürlərini bildirib. Ümumilikdə layihədə 23 universitetdən 10254 nəfər iştirak etdiyini, bunlardan 450 nəfərin finala vəsiqə qazandığını söyləyib. Statistik məlumatları qonaqların diqqətinə çatdırıb.

Bir sıra universitetlərin rəhbər şəxsləri və rayon İcra Hakmiyyətlərinin nümayəndələri çıxış ediblər.

Qonaqların təbriklərindən sonra mükafatlandırma mərasimi başlayıb. 300 nəfərə endirim kuponları, sertifikatlar  və kitablar hədiyyə olunub. İlk 100 yerin qalibləri isə sponsorlardan aşağıdakı hədiyyələri qazanıblar.

Baku Elektorniksdən 20 nəfərə Pover banklar, İrşad Telekomdan 20 nəfərə  Honor bandlar, İSMA BİKE-dan 2 ədəd velosiped, Nizami Kino Mərkəzi tərəfindən 30 nəfərə kinoya bilet, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə şam yeməyi, AAAF SPA-dan 20 nəfərə endirim kuponları, BİZON enerjidən hər kəsə pulsuz enerji içkiləri verilib. Şərq-Qərb Nəşriyyat evindən 150 ədəd, Qanun nəşriyyatından 70 və  Parlaq İmzalar nəşriyyatından 20 ədəd kitab hədiyyə olunub.

Bununla yanaşı, final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 30-100% endirim qazanıblar.

Layihədə birinci yeri Xəzər Universitetin I kurs tələbəsi  Tamerlan Abdullayev tutub. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev qalibin mükafatlarını təqdim edib. Qalib Baku Elektroniksdən Notebook, İrşad Telekomdan Honor 10 lite smartfonu,  Şərq – Qərb Nəşriyyat evindən kitablar, Nizami Kino Mərkəzindən kinoya bilet, LEAD Educationdan Platinium kuponunu qazanıb. Ağdaş rayonundan olan bu gəncə RİH tərəfindən  xüsusi hədiyyə də təqdim olunub.

İkinci yeri isə Cəbrayıl rayon sakini ADA universitetin I kurs tələbəsi Elvin Quluzadə tutub. Ona mükafatları YAP Gənclər Birliyinin sədri Seymur Orucov və İSMA Bike rəsmi nümayəndəsi təqdim edib. Qalibə İSMA Bikedan İSMA Sport velosipedi, Baku Elektroniksdən Planşet, LEAD Educationdan Platinium kuponu, Qanun Nəşriyyat evindən kitablar hədiyyə olunub.

Üçüncü yeri isə BANM-nin tələbəsi Əsədullah Camalov tutub. Qalibi ATGTİ- nin sədri Faiq Məmmədov mükafatlandırıb. Üçüncü yerin sahibinə İSMA Bikedan İSMA Strong velosiped, LEAD Educationdan Platinium kuponu, Parlaq İmzalar Nəşriyyatından kitablar verilib.

Sonda finalçılarla xatirə şəkli çəkilib.