• Bizi izləyin:
AZ | RU | EN

"Sahillər təmiz qalsın!" adlı - Təmizlik aksiyası baş tutub

10.06.2019, 18:13 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

8 iyun 2019-cu il tarixində İdea İctimai Birliyinin təşəbbüsü ilə "Sahillər təmiz qalsın!" adlı - Təmizlik aksiyası baş tutub.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı kollektivinin və könüllülərinin də iştirak etdiyi aksiya çərçivəsində dəniz ətrafı ərazilər tullantılardan təmizlənib.

Ümumilikdə 530-dan çox TGT nümayəndəsi olmaqla 1000 nəfər aksiyaya qoşularaq 3 saat ərzində sahil ətrafı ərazilərin təmizlənməsində yaxından iştirak edib.
Qeyd edək ki, iştirakçılar İdea İctimai Birliyi tərəfindən bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz edilib, həmçinin nəqliyyat və qida ilə təmin olunub.

Sonda bütün aksiya iştirakçıları kollektiv şəkil çəkdirib.