• Bizi izləyin:
AZ | RU | EN

“Gənclər – sağlamlığınızı qoruyun” layihəsinin son mərhələləri keçirilib

29.09.2018, 01:32 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

“Gənclər – sağlamlığınıza qoruyun” layihəsinin sonraki iki mərhələsi 27 sentyabr Azərbaycan Dövlət İqtisad Universitetində və 28 sentyabr Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutub.

Hər iki universitetdə ilk öncə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Şahin Alxazov çıxış edərək tələbələri salamladı. Layihənin ADNSU-da keçirilən mərhələsində isə universitetin Tərbiyə işləri üzrə prorektoru Ata Babayev çıxış edərək tələbələrə gənclik illərinin mahiyyətindən bəhs etdi. Daha sonra Azərbaycan Tibb Universitetinin Tədris Terapiya klinikası, ESPEN və IFSO-nun üzvü həkim-diyetoloq Tutu Zeynalova sağlam qidalanma və sağlam həyat tərzi haqqında məlumatlar verdi. Peşəkar idmançı və məşqçi Kamil Zeynallı idmanla məşğul olmağın hər bir insan üçün vacib olduğu haqqında məlumat verdi. Əsgərlik illərində çəkinin artması məsələlərindən söz açdı. Sonda Tutu Zeynalova və Kamil Zeynallı tələbələrin suallarını cavabladı.