• Bizi izləyin:
AZ | RU | EN

TGT sədrlərinin iştirakı ilə Bakı Ali Neft Məktəbində ATGTİ-nin iclası baş tutub

09.06.2019, 17:59 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Bakı Ali Neft Məktəbində Bakı şəhəri üzrə  TGT sədrlərinin iştirakı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının iclası baş tutub.

Açılış sözü, BANM rektoru Elmar Qasımova verilib. O, ilk öncə iclas iştirakçılarını salamlayıb və BANM-da görməyindən məmnunluğunu bildirib. Elmar Qasımov böyük layihələrin, tədbirlərin keçirilməsində daim ATGTİ ilə birgə tərəfdaş olmağa hazır olduğunu qeyd edib.

Sonra söz ATGTİ-nin sədri Faiq Məmmədova verilib. Faiq Məmmədov bir neçə gün ərzində ATGTİ-nin təşkilatçılığı ilə uğurla reallaşan böyük tədbirlərdən və onların əhəmiyyətindən danışıb.

Görüş zamanı bir neçə TGT sədri sual və təkliflərlə çıxış edib.

Daha sonra TGT sədrləri BANM rəhbərliyinin dəvəti və təşkilatçılığı ilə birgə nahar ediblər.

Sonda TGT sədrləri və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib