• Bizi izləyin:
AZ | RU | EN

Bakı Konqress Mərkəzində Azərbaycan KVN TV Liqasının 1-ci mövsümünün möhtəşəm final mərhələsi keçirilib

08.06.2019, 21:13 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Bakı Konqress Mərkəzində Azərbaycan KVN TV Liqasının I mövsümünün möhtəşəm final mərhələsi keçirilib.

18 universitet komandasının təmsil olunduğu KVN-nin final mərhələsinə yalnız 6 komanda ilə iştirak hüququ qazanıb. 3 konkursdan ibarət oyunda komandalar çempionluq uğrunda mübarizə aparıb. Sonda çempionluq iki komanda arasında bölünüb.

Beləliklə, "Xalxın Uşağları" komandası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını təmsil edən "FizAka" komandası 1-ci yerə layiq görülüb. 2-ci yerə isə Bakı Dövlət Universitetinin "Bakı Dövlət Yığması" komandası layiq görülüb. "Qızlar Batalyonu" və Azərbaycan Dövlət Neft və Sənayə Universitetini təmsil edən "Azii 1920" komandaları isə 3-cü yeri öz aralarında bölüşdürüblər.
Həmçinin, oyunun ən yaxşı aktyoru "Xalxın Uşağları" komandasının kapitanı-Hüseynəli Şahverdiyev və gecənin ən yaxşı aktrisası "Qızlar Batalyonu" komandasının iştirakçısı - Mehriban Hüseynova , seçiliblər. Oyunun sonunda bütün komandalara diplomlar və müxtəlif şirkətlər tərəfindən hədiyyələr
təqdim olunub.

Məlumat üçün bildirək ki, KVN TV Liqasının final mərhələsinin təşkilində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu , Təhsil Nazirliyi , Gənclər və İdman baş idarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təşkilati dəstək göstərib.