• Bizi izləyin:
AZ | RU | EN

"Tələbəliyin Hədiyyəli Kartı" və "Qazandıran Kart-Azərbaycan Tələbə Kartı" müsabiqələrinin mükafatlandırma mərasimləri keçirilib

06.06.2019, 21:09 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Tələbə Kartı layihəsi çərçivəsində "Tələbəliyin Hədiyyəli Kartı" və "Qazandıran Kart-Azərbaycan Tələbə Kartı" müsabiqələrinin mükafatlandırma mərasimləri keçirilib.

İlk öncə Azərbaycan Tələbə Kartı layihəsi haqqında məlumat verilib və müsabiqələrin şərtləri bir daha açıqlanıb. Daha sonra, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Tələbə və Tələbə Təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Elnur Abdullayev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov qaliblərə mükafatları təqdim edib.

Sonda qeyd edək ki, müsabiqələr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Bu münasibətlə qalibləri təbrik edir, onlara uğurlar arzu edirik!