• Bizi izləyin:
AZ | RU | EN

«Show Your Dance 2019» rəqs müsabiqəsi keçirilib

04.06.2019, 13:49 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Show Your Dance 2019" adlı rəqs müsabiqəsi keçirilib.

İdman Akademiyasın 3-cü kurs tələbəsi Murad Süleymanlının layihə rəhbəri olduğu müsabiqə artıq 3-cü dəfədir ki, keçirilir. Müsabiqədə 7 ali təhsil müəssisəsinin rəqs komandası iştirak edib və hər müəssisədən 1 komanda öz rəqslərini nümayiş etdirib.

Rəqs müsabiqəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "İncilər", Azərbaycan Dövlət Pedaqoji Universiteti "Xarici", Bakı Ali Neft Məktəbi "Ləzginka", Milli Aviasiya Akademiyası "Arşın Mal Alan", Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli", Azərbaycam Tibb Universiteti "Uzundərə", Azərbaycan Turizm və Menecment Universiteti isə "Tango" rəqsləri ilə çıxış edib.

Sonda münsif səsləri toplanaraq 110 balla Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli" rəqsi ilə qalib olub.

Məlumat üçün bildirək ki, gələn il keçirilməsi nəzərdə tutulan "Show Your Dance 2020" Rəqs Müsabiqəsi qalib komandanın təmsil olunduğu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq.