• Bizi izləyin:
AZ | RU | EN

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib

01.06.2019, 16:30 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

May ayının 29-da Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) baş katibi Ramin Həbibzadə, tələbələr və Akademiyanın əməkdaşları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov Akademiya tələbələrinin potensialının böyük olduğunu, onların bir sıra əhəmiyyətli layihələr icra etdiklərini, akademik fəaliyyətlə yanaşı, Vətəninə, xalqına dəyərli, yetkin şəxsiyyət kimi formalaşdıqlarını vurğulayıb.

ATGTİ-nin baş katibi Ramin Həbibzadə Gömrük Akademiyasının tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. Ramin Həbibzadə Akademiya tələbələrinə ictimai fəaliyyətdə uğurlar arzulayıb.

İclasda gündəliyə uyğun olaraq, Akademiyanın TGT-nin rəhbərliyinin 2018-2019-cu illər ərzində fəaliyyətinin nəticələri haqqında hesabatı dinlənilib və səsə qoyularaq qəbul edilib.

Sonra səsvermə keçirilib. Səsverməyə əsasən TGT-nin sədri, sədr müavinləri və idarə heyətinin üzvləri seçiliblər.