• Bizi izləyin:
AZ | RU | EN

“Gənclər üçün Avropa proqramları həftəsi” çərçivəsində universitetlərdə keçirilən məlumat sessiyaları yekunlaşıb

01.06.2019, 10:06 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Sağlam Düşüncə Gənclər Təşkilatının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə tərəfdaşlığı ilə “Gənclər üçün Avropa proqramları həftəsi” çərçivəsində universitetlərdə keçirilən məlumat sessiyaları yekunlaşıb.

Həftə ərzində Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin işi çərçivəsində Avropa ittifaqının Azərbaycan gəncləri üçün qeyri-formal təhsil imkanları (təlim kursları, gənclər mübadilələri, qısa və uzun müddətli könüllülük proqramları) haqqında Bakı Universitetlərində məlumat sessiyaları təşkil edilib.

Məlumat üçün bildirək ki, sessiyalar müvafiq olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislər Universiteti və Azərbaycan Dövlət Texniki Universitetdə baş tutub.