• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının Elm və təhsil departamentinin təşkilatçılığı ilə "Eksperiment" adlı elmi və bədii konfransı keçirilib. Fransada CMDL Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, pianoçu və bəstəkar Etibar Əsədlinin iştirakı ilə baş tutan tədbirdə AMK-ın rektoru, xalq artisti, professor Siyavuş Kərimi və AMK-ın müəllim - tələbə heyəti iştirak etmişdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı universitetdə təhsil alan tələbələrin ümumi dünyagörüşünün artırılmasına, onların layihələrdə aktiv iştirakının təmin edilməsi üçün məlumat xarakterli görüşlərə start verib. Görüşdə çıxış edən tələbə gənclər təşkilatının fəalları tələbələrə startup fəaliyyəti, startupların yaradılması, inkubasiya programları, növbəti dəfə keçiriləcək startap düşərgəsi və gənclərin inkişafına yönələn layihələr barədə məlumat vermişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Şamaxı filialında I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADPU Şamaxı filialının TGT sədri Hilal Mürsəlov çıxış edərək tələbə adını qazanmış hərkəsi təbrik etmiş və öz tövsiyyələrini, məsləhətlərini vermişlər. Daha sonra sədr müavini Nicat Məmmədov çıxış edərək TGT-nin strukturunu, bugünə qədər təşkil etdiyi tədbirləri və gələcək fəaliyyət planı ilə tanış etdi.

Azərbaycan Texniki Universitetində Tələbə Gənclər Təşkilatının təqdimatı keçirilmişdir. Tədbirdə AzTU TGT sədri Zərifə Əlizadənin TGT və onun strukturu haqqında çıxış etmişdir. Daha sonra sədr müavini Səbinə Qarayeva Azərbaycan Tələbə Kartı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı barəsində məlumat verdi.