• Bizi izləyin:
AZ | RU | EN

"Youthvision" 2019 IV Beynəlxalq Mahnı müsabiqəsinin iştirakçıları ilə 2-ci gün uğurla yekunlaşıb

22.05.2019, 15:44 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  "Youthvision" 2019 IV Beynəlxalq Mahnı müsabiqəsinin iştirakçıları ilə 2-ci gün uğurla yekunlaşıb. 

   Belə ki, onlar post kart çəkilişlərində iştirak edib, məşqlər ediblər. 

   Daha sonra şəhər gəzintisi edərək, Bakının görməli yerləri ilə tanış olublar. Gəzintidən sonra onlar müsabiqənin təşkilat komitəsinin rəhbərliyi ilə keçirilən kiçik formatlı iclasda iştirak ediblər. İclas zamanı iştirakçılar öz fikirlərini səsləndirib, təşkilat komitəsi tərəfindən isə onların sualları cavablandırılıb. 

   Günün yekununda iştirakçılar şam yeməyindən sonra musiqili gecədə öz ölkələrinə məxsus milli rəqslər edərək həmrəylik nümayiş etdiriblər.