• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində TGT fəallarının təltifetmə mərasimi keçirilib

20.05.2019, 16:53 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Mayın 19-da ATGTİ-nin təşkilatçılığı ilə TGT fəallarının təltifetmə mərasimi keçirilib.

   Bakı Gənclər Mərkəzinin ev sahibliyi ilə keçirilən təltifetmə mərasimində 50-dən çox təhsil müəssisəsinin fəalları iştirak edib. Ümumilikdə 300-dən çox TGT fəalı ATGTİ-nin sədri tərəfindən diplomlarla təltif edilib.

   Mükafatlandırmadan öncə ATGTİ-nin sədri Faiq Məmmədov tələbələrlə səmimi görüş keçirib. Görüşün əsas məqsədi TGT-lərin fəaliyyətini dəyərləndirmək olub.

    Faiq Məmmədov, həmçinin, tələbələrin suallarını, irad və təkliflərini dinləyərək onların həlli yollarından danışıb. O, tələbələrə TGT-lərdə göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkür edib və onları bu uğur münasibətilə təbrik edib.

   Tədbirin sonunda ATGTİ kollektivi birgə xatirə şəkli çəkdirib.

   Qeyd edək ki, təltifetmə mərasimindən sonra ATGTİ-nin təşəbbüsü ilə ilk dəfə olaraq TGT sədrləri üçün piknik təşkil olunub. Onlar dəniz kənarında müxtəlif oyunlar oynayıb, istirahət ediblər.