• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin ofisində "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində 13-cü görüş baş tutub

18.05.2019, 15:38 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində 13-cü görüş uğurla başa çatıb.

  Bu görüşün qonağı Diplomat Qadınlar Klubunun prezidenti Norma İsakzai olub.

Görüşdən öncə ATGTİ-nin baş katibi Ramin Həbibzadə və Norma İsakzai layihə ətrafında, həmçinin, ATGTİ-nin fəaliyyəti haqqında danışıblar. Daha sonra tədbirə açılış sözü ilə başlayan Ramin Həbibzadə Norma İsakzaini iştirakçılara təqdim edərək sözü ona verib.

  İştirakçı tələbələri salamlayaraq nitqinə başlayan xanım İsakzai onlara öz fəaliyyətindən, habelə, fəaliyyət müddətində qarşılaşdığı çətinliklərdən və bu çətinliklərə əzmkarlıqla qalib gəldiyindən danışıb. O, gənclərə bugünədək qazandığı təcrübəsinə əsaslanaraq müxtəlif tövsiyələr verib. Əfqan əsilli olan Norma İsakzai Əfqanıstan mədəniyyəti ilə Azərbaycan mədəniyyətinin bir çox oxşar tərəfləri olduğunu və bu baxımdan Azərbaycan mədəniyyətini, xüsusən də, Novruz bayramını çox sevdiyini bildirib.

  Tədbir müddətində o, iştirakçıların suallarını cavablandırıb.

  Sonda xatirə şəkli çəkilib və tədbir kofe fasiləsi ilə yekunlaşıb.