• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ kollektivi Ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyasında iştirak edib

11.05.2019, 17:58 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

ATGTİ kollektivi Ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyasında iştirak edib.

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilən ağacəkmə kampaniyasına əsasən ümumilikdə 3250 ağac əkilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.

Aksiyada Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları da iştirak edib. Cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kampaniyada iştirak edən gənclərlə görüşüb. Dövlət başçısı görüş əsnasında ekoloji durumun yaxşılaşdırılması ilə bağlı gördükləri işlərə görə gənclərə təşəkkürünü bildirib.