• Bizi izləyin:
AZ | RU | EN

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə TGT-lər silsiləvi tədbirlər təşkil edib

11.05.2019, 16:36 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə TGT-lər silsiləvi tədbirlər təşkil edib.
 
1.Bakı Avrasiya Universiteti TGT, Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimini keçirdib.
 
2.Sumqayıt Dövlət Universiteti Riyaziyyat Fakültəsinin TGT-si Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş "Unudulmaz həyat yolu" adlı tədbir təşkil edib.
 
3.Sumqayıt Dövlət Universiteti Fizika və elektroenergetika TGT-sinin təşkilatçılığı ilə “Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
 
4.Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisad Fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
5.Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevə həsr edilmiş “Nə? Harada? Nə zaman?” formatında intellektual bilik yarışı keçirilib.