• Bizi izləyin:
AZ | RU | EN

Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ATGTİ-nin təşkilatçılığı ilə TGT sədr və müavinlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyası baş tutub.

09.05.2019, 16:27 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ATGTİ-nin təşkilatçılığı ilə TGT sədr və müavinlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyası baş tutub.

  Ekskursiya zamanı TGT sədr və müavinləri Heydər Əliyevin həyat və yaradıcılığını öyrənmək məqsədilə müxtəlif istiqamətdə söhbətlər aparıb. Onlar ilk öncə H.Əliyevin katiblik və prezidentlik dövrünü əhatə edən videoçarxı izləyib.

  Daha sonra TGT nümayəndələri Heydər Əliyevə aid fotolarla tanış olub və onlara fotoların aid olduğu tədbirlərdəki H.Əliyevin çıxışları, nitqləri haqqında ətraflı məlumat verilib.

  Sonda ekskursiya iştirakçıları Bakı Gənclər Mərkəzinin önündəki Heydər Əliyevin heykəli qarşısında birgə xatirə şəkli çəkdirib.