• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin ofisində "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində 12-ci görüş baş tutub

07.05.2019, 21:41 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

     Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində nəzərdə tutulmuş 15 görüşdən artıq 12-cisi uğurla başa çatıb.

     Görüşün qonağı Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi olub.

     İlk öncə ATGTİ-nin Baş Katibi Ramin Həbibzadə Navid Həsən Naqviyə ittifaqın  bu günə qədər olan fəaliyyəti və görülən işlər haqqında ətraflı məlumat verib.

     Daha sonra Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi öz növbəsində tələbələri salamlayaraq Dünya bankının dünyada və Azərbaycanda fəaliyyəti haqqında ümumi məlumatlar verib.

     Dünya Bankı ilə Azərbaycan arasında çox sıx və faydalı əməkdaşlıq əlaqələrinin olduğunu, bu münasibətlərin ildən-ilə genişləndiyini xüsusi vurğulayıb.

     Sözlərinə əlavə edərək Azərbaycanın yaxın bir zamanda  donor ölkələr siyahısına qoşulacağını da bildirib.

     Tələbələrin suallarını dolğun cavablandırdıqdan sonra  Navid Həsən Naqvi  gənclərin aktivliyini yüksək qiymətləndirərək belə görüşlərin mütəmadi təşkil edilməsinin zəruriliyini vurğulayıb.

     Sonda isə xatirə şəkli çəkilib və tədbir kofe fasiləsi ilə yekunlaşıb.