• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin ofisində "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində 11-ci görüş baş tutub

06.05.2019, 22:09 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində nəzərdə tutulmuş 15 görüşdən artıq 11-cisi uğurla başa çatıb.

   Budəfəki görüşdə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi  Vladimir Georgiyev  iştirak edib.

   ATGTİ-nin baş katibi Ramin Həbibzadə və Vladimir Georgiyev görüşdən öncə layihə ətrafında müzakirələr  aparıb. Daha sonra tədbirə açılış sözü ilə başlayan Ramin Həbibzadə Vladimir Georgiyevi iştirakçılara təqdim edərək, sözü ona verib.

   Görüş zamanı Vladimir Georgiyev iştirakçılara maraqlı bir çox məlumatlar verib. O, Beynəlxalq Miqrasiya təşkilatının dünya səviyyəsində gördüyü işlərdən, beynəlxalq miqrasiya proseslərindən, bir ölkədən digər ölkəyə qaçan insanların qarşılaşdıqları problemlərdən bəhs edib. Həmçinin BMT-nin Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyinin gördüyü işlərdən və gələcək planlarından söz açıb.

    Vladimir Georgiyev Beynəlxalq Miqrasiya təşkilatına necə qoşulmasından, ilk qoşulduğu vaxtdan bu günə qədər gördüyü işlər haqqında danışıb.

    Daha sonra Vladimir Georgiyev  tələbələri maraqlandıran sualları dolğun cavablandırıb.

    Sonda xatirə şəkli çəkilib və tədbir kofe fasiləsi ilə yekunlaşıb.