• Bizi izləyin:
AZ | RU | EN

"Tələbələrin Liderlik Akademiyası" məzunlarının təltifetmə mərasimi baş tutub

06.05.2019, 17:40 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Tələbələrin Liderlik Akademiyası”adlı layihənin məzunlarının təltif etmə mərasimi baş tutub.

Bakı Gənclər Mərkəzində təşkil edilən təltifetmə mərasimində açılış sözü ATGTİ-nin sədri Faiq Məmmədova verilib. O, çıxışında akademiya məzunlarını salamlayaraq qazandığı uğur münasibəti ilə təbrik edib, ictimai fəaliyyətlərini daha da gücləndirmələrini, bilik və bacarıqlarını inkişaf etdirmələrini tövsiyyə edib  və təhsillərində uğur arzulayıb.

Sonda isə Liderlik Akademiyasında iştirak edən 100 nəfər məzun ATGTİ tərəfindən diplomlarla təltif edilib və  məzunlarla xatirə şəkli çəkilib.

Məlumat üçün bildirək ki, bu layihəyə əsasən, gənclər üçün müəyyən müddət ərzində müxtəlif mövzularda təlimlər keçirilib, əyləncəli oyunlar, party-lər təşkil edilib. İştirakçılar layihə ərzində liderlik qabiliyyətini formalaşdırmaqla təşkilatlanma və idarəetmə kimi bacarıqlara yiyələnib.

 Bununla yanaşı 4 günlük komandalar arası mübarizənin sonunda bütün komandalar ATGTİ sədri tərəfindən qalib elan olunub