• Bizi izləyin:
AZ | RU | EN

Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin "Breyn-rinq" üzrə intellektual yarışı keçirilib

06.05.2019, 16:43 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın akt zalında Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələri arasında “Breyn-rinq”  üzrə intellektual yarış keçirilib.

  Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və MZ Production-nın tərəfdaşlığı ilə təşkil edilib.

   Tədbirin açılışında Azərbaycan Respubliakasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov çıxış edərək iştirakçılara bu mübarizədə uğurlar  arzu ediblər.

   Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışmada Azərbaycanın 48 ali  və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. İntellektual yarışmada ümumilikdə 240 iştirakçı ulu öndərin həyat və fəaliyyətinə, azərbaycanın tarixinə, mədəniyyət və incəsənətinə aid sualları cavablandıraraq qalib olmaq  uğrunda mübarizəyə qoşulub.

   Yarışın sonunda qaliblər sertifikatla mükafatlandırılıb