• Bizi izləyin:
AZ | RU | EN

Sumqayıt Texnologiyalar Parkı (STP) sonuncu kurs tələbələri və magistrları üçün yeni "Təlim – iş" ödənişli təcrübə proqramına start verir

30.04.2019, 18:27 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Əziz, tələbələr!

Sumqayıt Texnologiyalar Parkı (STP) sonuncu kurs tələbələri və magistrları üçün yeni “Təlim – iş” ödənişli təcrübə proqramına start verir.

Təcrübə proqramına əsasən perspektivli gənclərə 3-6 ay müddətinə aidiyyatı sahələr üzrə təlimlər keçiriləcək, onlara təhsil müəssisələrində öyrəndikləri bilikləri praktik tətbiq etmə imkanı yaradılacaq.

Məlumat üçün bildiririk ki, seçiləcək tələbələr ödənişli təcrübə proqramında iştirak edəcək və təcrübəçiyə mentor (supervayzer) təyin olunaraq, onlara iş həyatında özlərini göstərmək üçün imkan yaradılacaq. Təcrübə proqramını müvəffəqiyyətlə bitirən hər bir təcrübəçi ilə əmək müqaviləsi imzalanacaq və bazar tələblərinə uyğun əmək haqqı ilə təmin olunacaqlar.

Sizlərdən olan əsas tələblər:

1.Dil bilikləri ( rus və ingilis dillərinin hər ikisi olmaqla)
2.Yalnız bakalavr sonuncu kurs tələbələri və magistrlar müraciət edə bilər
3.Komanda ilə işləmək bacarıqlarının olması vacibdir.

Qeyd:
Proqramda iştirak etmək istəyən tələbələrdən CV-lərini info@atgti.az mail ünvanına göndərməyiniz xahiş olunur.