• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin ofisində "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində 10-cu görüş baş tutub

29.04.2019, 22:46 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində nəzərdə tutulmuş 15 görüşdən artıq 10-cusu da uğurla baş tutub.

   Budəfəki görüşdə BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri cənab Fərid Babayev iştirak edib.

   ATGTİ-nin baş katibi Ramin Həbibzadə və Fərid Babayev görüşdən öncə layihə ətrafında müzakirələr aparıb. Daha sonra tədbirə açılış sözü ilə başlayan R.Həbibzadə Fərid Babayevi təqdim edərək sözü ona verib.

   Görüş zamanı Fərid Babayev iştirakçılara maraqlı məlumatlar verib. Belə ki O, BMT-nin Əhali Fondunun əsas iş planından bəhs edərək müxtəlif layihələr haqqında qısa informasiya verib. Dünya əhalisinin artım tempindən danışan cənab F.Babayev bu barədə iştirakçıların marağına səbəb olacaq suallara cavab verib və ölkədəki doğum-ölüm nisbətindən danışıb. Cənab F.Babayev dünyada gedən demoqrafik prosesləri təhlil etməklə, dünya əhalisinin ümumi sağlamlıq səviyyəsindən bəhs edib. O, ümumiyyətlə dünyada baş verən demoqrafik prosesləri Azərbaycan üzərindən izah edərək tənzimləmə mexanizmlərindən söz açıb.

   Sonda xatirə şəkli çəkilib və tədbir kofe fasiləsi ilə yekunlaşıb.