• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Dövlət Dəniz Akademiyasında Tələbə Gənclər Təşkilatının sədr seçkiləri keçirilib

23.04.2019, 14:38 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

    Azərbaycan Dövlət Dəniz Akademiyasında Tələbə Gənclər Təşkilatının sədr seçkiləri keçirilib.

    Tələbələrin və Akademiya rəhbərliyinin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Tədris və tərbiyə İşləri üzrə prorektor, professor Zahid Şərifov  ATGTİ-nin təhsil prosesində əhəmiyyətindən söz açıb. Bildirib ki, Tələbə Gənclər Təşkilatı öz fəaliyyətində daim tələbə heyətinin maraqlarını qorumaqla yanaşı, professor-müəllim heyəti ilə də sıx əməkdaşlıq edib. Z. Şərifov hər bir təhsil ocağında belə qurumların fəaliyyətini çox müsbət hal kimi qiymətləndirərək, gələcəkdə bu əməkdaşlığın daha möhkəm olacağına əminliyini qeyd edib.

    ADDA-nın Tələbə Gənclər Təşkilkatının sədr müavini Vurğun Cəfərov son iki ildə görülmüş  işlər barədə məlumat veriblər.

    Daha sonra, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Ramin Həbibzadə öz çıxışında ADDA-nın Tələbə Gənclər Təşkilatının respublika əhəmiyyətli tədbirlərdə fəal iştirakından danışıb. Ümidvar olduğunu bildirib ki, yeni seçilmiş heyət də bu fəaliyyəti davam etdirəcək.

    Akademiyanın Ümumi İşlər üzrə prorektoru, dosent Əlimərdan Quliyev Azərbaycanda Tələbə Gənclər Təşkilatlarının yaradılması tarixindən danışıb, seçkilərdə iştirak edən namizədlərə uğurlar arzulayıb.

    Sonra Tələbə Gənclər Təşkilatının üzvləri açıq səsvermə yolu ilə təşkilat sədrini seçiblər.

    Səsvermənin nəticələrinə əsasən, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 196 A2 qrupunun tələbəsi Vurğun Cəfərov Tələbə Gənclər Təşkilatının sədri seçilib.

    Sonda Akademiyanın rəhbərliyi TGT-nin yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək, onlara bu məsuliyyətli missiyada uğurlar arzulayıb.