• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ ofisində "BMT-ni öyrənərək kəşf et" adlı layihə çərçivəsində 7-ci görüş baş tutub

22.04.2019, 18:10 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə plan üzrə keçirilməsi nəzərdə tutulan 15 görüşdən artıq 7-cisi baş tutub.

   Budəfəki görüşdə BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı" (FAO) təşkilatının Bakı üzrə regional əlaqələndirmə ofisinin nümayəndəsi Melek Çakmak iştirakçıların görüşünə gəlib.

   İlk öncə ATGTİ-nin Baş katibi Ramin Həbibzadə xanım Mələk Çakmak ilə görüşərək layihə ətrafında müzakirələr aparıb.


   Daha sonra Ramin Həbibzadə iştirakçıları salamlayaraq layihənin budəfəki mötəbər qonağını iştirakçılara təqdim edib və sözü xanım Melek Çakmağa verib.

   Xanım Melek Çakmak FAO haqqında iştirakçılara ətraflı məlumat verib. O, qida təhlükəsizliyinin inkişaf edən və qloballaşan dünyada problemə çevrildiyindən bəhs edib. Ümumiyyətlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının ümumi strateji prinsiplərindən bəhs edən xanım Melek Çakmak, FAO-nun əsas 5 məqsədini görüş iştirakçılarına çatdırıb. O, Bakıda FAO-nun fəaliyyətinin uğurlu nəticələrindən söhbət açıb. Dünyada 800 milyon ac insanın olduğunu bildirən xanım Çakmak FAO-nun bu istiqamətdəki prioritetlərindən danışıb, "Zero Hunger" adlı layihə barədə maraqlı məlumatlar verib. Daha sonra Azərbaycandakı hədəflərdən bəhs edərək birliktə görülən və uğurla həyata keçirilən layihələr barədə danışıb. O, 2030-cu il Dayanıqlı inkişaf məqsədləri üzrə 17 məqsəddən bir neçəsinin FAO təşkilatı tərəfindən icra edilməkdə olduğunu xüsusi vurğulayıb.

   Son olaraq xanım Melek Çakmak nitqində bilirib ki, dünyada baş verən proseslərə, əl-əxsus qida sektorunda olan hər bir problemə hər kəs fərd olaraq yanaşmalı və birliktə bu sahədə işlər görməlidir.

   Tədbirin sonunda xatirə şəkili çəkilib və görüş kofe fasiləsi ilə yekunlaşıb.