• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə

20.04.2019, 15:17 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində 6-cı görüş baş tutub.

 

   Görüşün qonaqları BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri cənab Vladimir Shkolnikov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin İnsan Hüquqları üzrə Milli Müşaviri cənab Kamran Bağırov olub.

 

   Açılış sözü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədova verilib. O, qonaqları salamlayaraq dəvəti qəbul etdikləri üçün öz minnətdarlığını bildirib həmçinin, layihə haqqında ümumi məlumat verib.

 

   Daha sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri cənab Vladimir Shkolnikov tələbələrə insan hüquqları tarixi haqqında ətraflı məlumat verdikdən sonra Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərin digər ölkələrə nümunə olduğunu vurğulayıb. O, sözlərinə əlavə edərək insan hüquqlarının təmin və müdafiə olunması istiqamətində dövlətimizin atdığı addımlardan və  bu məsələyə göstərdiyi qayğıdan da danışıb.

 

   Görüş interaktiv metodla, ingilis dilində keçirilib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin İnsan Hüquqları üzrə Milli Müşaviri cənab     Kamran Bağırov isə tələbələrin suallarını dolğun cavablandırıb və diplomatiya sahəsinə göstərdikləri marağı təqdirə layiq hesab edib. Həmçinin belə görüşlərin mütəmadi təşkil edilməsinin zəruriliyini vurğulayıb.

 

    Sonda isə xatirə şəkli çəkilib və tədbir kofe fasiləsi ilə yekunlaşıb.