Bizi İzləyin :

LAYİHƏLƏR

“XII Liderlik Məktəbi”nin 3-cü günü başa çatıb


Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirildi.   Açılışda Fövqəladə Hallar Nazirliyinin ifasında Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra İttifaqın irimiqyaslı layihələrini özündə əks etdirən videoçarx izlənildi.   Videoçarxdan sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sabiq sədri Şahin İsmayılov çıxış edərək ATGTİ-nin 9 illik fəaliyyəti haqqında konfrans iştrakçılarına hesabat verdi.   Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışı zamanı ATGTİ-nin bu illər ərzində tələbələrə qazandırdığı səmərəli fəalliyyətini müsbət dəyərləndirdiyini bildirdi.   Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ATGTİ-nin bundan sonraki fəaliyyətində uğurlar arzuladı.   Prezident Adminstrasiyasının nümayəndəsi Həmid Nəsirov çıxışı zamanı ATGTİ-nin çətir təşkilat olduğunu - bir çox Tələbə Gənclər Təşkilatlarını özündə cəmlədiyini vurğuladı. Həmçinin, Prezident Adminstrasiyasının da hər zaman Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına dəstək olacağını bildirdi.   Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov çıxış edərək 9 illik səmərəli fəalliyətinə görə təbrik etdi və yeni idarə heyyətinə uğurlar arzuladı.   Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının keçirdiyi layihələrin ATGTİ dəsti-xətti yaratdığını vurğuladı. Daha sonra Seymur Orucov Şahin İsmayılova plaket təqdim etdi.   Çıxışlardan sonra sədr seçkilərinə namizədlərin videoarxları izləndi.   Konfrans iştirakçıları elektron səsvermədən istifadə edərək namizədlər arasında öz seçimlərini etdilər.   Səsvermənin sonunda ATGTİ-nin yeni sədri Faiq Məmmədov seçildi.    


Ətraflı >

“Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri

Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərib, “Fortune 500”- də yer alan şirkətlərə konsaltinq xidməti göstərən EKVİTA (EKVITA) şirkətinə olmuşdur. Səfər zamanı tələbələr şirkətin rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, öz suallarını birbaşa məsul şəxslərə ünvanlamaq imkanı qazanmışlar. Çay fasiləsindən sonra isə tələbə gənclər müxtəlif şöbələri gəzərək oradakı iş prosesi ilə yaxından tanış olmuşlar. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub. Əgər siz də bu kimi imkanlardan yararlanmaq isyəyirsinizsə, bizi izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #EKVİTA #TeaTalks


Ətraflı >

Zəfər gününə həsr olunmuş dama yarışı.

Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu:🥇Aslan Musazadə🥈Murad İsmayılov🥉Əli Orucov


Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində Milli İncəsənət Muzeyinə ekskursiya

27 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən “Tələbə Əyləncə” klubunun təşkilatçılığı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.


Ətraflı >

Regionlarda yerləşən TGT sədrlərinin iclası baş tutub

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Gəncə, Mingəçevir, Ağstafa, Lənkəran, Şamaxı, Zaqatala, Quba, Ağcabədi, Ağdam, Ağdaş regionlarında və Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil müəssisələrinin TGT sədrləri ilə iclas keçirilib. İclasda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov Tələbə Gənclər Təşkilatlarının hazırkı vəziyyəti ilə maraqlanıb və sədrlərə öz tövsiyələrini verib. TGT sədrləri təhsil müəssisələrində Tələbələr Gənclər Təşkilatlarının göstərdikləri fəaliyyət və həyata keçirdikləri layihələr haqqında məlumat verib. Həmçinin, yeni layihələr və bu layihələrdə regionlar arasında əlaqələr qurulması məqsədilə müştərək işlərin aparılması ideyası haqqında müzakirələr aparıblar. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva Azərbaycan Tələbə Kartının regionlarda istifadəsindən söz açıb və  kartın istifadəsi üçün müəyyən təlimatlar verib. Təkcə, Bakıda yox, digər bölgələrdə də kartın istifadəsi üçün işlərin davam etdiyini və tezliklə regionlarda da kartdan maksimum istifadənin həyata keçiriləcəyini bildirib. Həmçinin, Tələbə Gənclər  Təşkilatlarının sədrlərinin suallarını TGT-lərlə iş departamentinin rəhbəri Ləman Cavadova cavablayıb. Tələbə Gənclər Təşkilatlarının sədrləri yeni dərs ilində yeni layihələrin olacağını və tələbələrin sosiallaşması, dünyagörüşünün artırılması üçün müxtəliftədbirlər keçirəcəkləri bildiriblər.


Ətraflı >

Gürcüstanda beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib.

  7-13 noyabr tarixlərində Gürcüstanın Laqodexi şəhərində Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində  beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib. Beynəlxalq təlimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Ramin Həbibzadə iştirak edib. Gənclər üçün keçirilən bu layihədə  Azərbaycan tərəfindən tərəfdaş olaraq  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi nümayəndələri qatılıb. Onlar tədbirdə iştirak edənləri öz fəaliyyətləri ilə tanış edib. Layihədə Avropa İttifaqına həm üzv, həm də qeyri-üzv olan 8 ölkədən 24 gənc iştirak edib. Təlim kursunda iştirakçılara Erasmus + proqramı haqqında geniş məlumat verilib və onların suallarına cavab verilib. Qeyd edək ki, layihənin ikinci hissəsi aprel ayında Macarıstanın Budapeşt şəhərində baş tutacaqdır.  


Ətraflı >

“Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib

  “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib. Layihə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz izini qoymuş aprel şəhidlərinin şücaəti və qəhrəmanlığından bəhs edən tamaşadır. Tamaşa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Odlar Yurdu” Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində nümayiş olunub. Tamaşanın məqsədi – gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda vətənə, dövlətə, torpağa bağlılıq hislərini artırmaq, aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliğidir. Tamaşanın rejissoru Respublikanın xalq artisti Vaqif Əsədov, ssenaristi şairə Leyla Bəyimdir.      


Ətraflı >

ATGTİ-nin katiblik üzvü "Dünya Gənclər Forumu"nda iştirak edib

Misir Ərəb Respublikasının Şarm-El-Şeyx  şəhərində Dünya Gənclər Forumu keçirilib. Forumda Azəbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. Qeyd edək ki, Dünya Gənclər Forumu perspektivli gənclərin qurduğu bir platformadır. Bütün dünyaya sülh, firavanlıq, harmoniya və tərəqqi mesajı göndərir.  Dünya Gənclər Forumu, müzakirələri üç yola açır:  1. Sülh; 2. İnkişaf; 3. Yaradıcılıq. Bu istiqamətlərin timsalında beynəlxalq gəncləri maraqlandıran müxtəlif mövzular müzakirə olunur, iclaslarda fikirlərini ifadə etmək, təqdim etmək və təcrübələrini bölüşmək üçün gənclərə bir platforma yaradılır.        


Ətraflı >

“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirən “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nə oldu.    Səfər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri qurumun rəhbər şəxsləri və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuşlar. Daha sonra tələbələrə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçirilmişdir. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.     


Ətraflı >

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.   Videokonfransda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətə aparan yol” mövzusunda çıxış edərək,  müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirilən yeniliklərin Azərbaycan xalqının tarixində olan yeri və əhəmiyyəti haqqında konfrans iştirakçılırına məlumat vermişdir. Görüşdə iştirak edən tələbələrin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına aparan yol, həmin tarixi dönəmdə regionda və dünyada baş verən hadisələr, bunların ilk cümhuriyyətimizin mövcudluğuna təsiri və respublikanın süquta uğramasını şərtləndirən səbəblər barədə sualları cavablandırılmışdır. Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan hazırkı dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və daha da qüdrətlənərək inkişaf etməsi üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər əllərindən gələni etməli və hər zaman müstəqilliyimizi və dövlətçiliyimizi əziz tutmalıdır. Qeyd edək ki, görüşdə 200 yaxın gənc iştirak edib.  


Ətraflı >

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçirilib

  Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Tələbə Kartının təqdimatı keçirilib. Görüşdə ATGTİ-nin İnformasiya Texnologiyaları və "Azərbaycan Tələbə Kartı" ilə iş departamentinin direktoru Xanım Paşayeva və TGT sədri İlahə Həsənova çıxış edib. Xanım Paşayeva tələbələrə ATGTİ-nin fəaliyyətindən, təşkil etdiyi tədbirlərdən və keçirilən irimiqyaslı layihələrdən danışıb. Qeyd edib ki, tələbələr bu layihələrdə iştirak edərək dünyagörüşlərini artıra, universitet dövrlərini daha səmərəli keçirə bilərlər. Həmçinin, ATGTİ-nin tarixi, strukturu barədə məlumat verən Xanım Paşayeva bildirib ki, tələbələr bizə qoşularaq ilk təcrübəsinə başlaya bilərlər. Azərbaycan Tələbə Kartının tələbələrə təklif etdiyi güzəştlər haqqında məlumat verən Xanım Paşayeva bildirib ki, tələbələr bu güzəştlərdən istifadə edərək müxtəlif məkanlarda endirimlərdən yararlana bilərlər. İlahə Həsənova çıxışında TGT-nin fəaliyyətindən, universitetdə keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, tələbələr bu layihələrə qoşularaq daha səmərəli şəkildə tələbəlik illəri keçirə, müxtəlif yerli və beynəlxalq tədbirlərə iştirak edə bilərlər.


Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində Miniatür Kitab Muzeyinə ekskursiya

20 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Kitab Qurdu” Klubunun təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunmuşdur.


Ətraflı >

Kinoman layihəsinə start verilir

Əziz tələbələr!   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Kinoman" layihəsinə start verilir. "Filmlərimiz 60-80-ci illərdə" şüarı altında keçiriləcək layihəyə qeydiyyatdan keçən hər bir tələbə dəvətlidir!   Qeyd: Layihə "intellektual oyun" formasında reallaşacaq. Belə ki, 60-80-ci illərdə lentə alınan milli filmlərimizdən məşhur sitatlar, çəkiliş heyəti, çəkiliş məkanları və sair nüanslar layihənin mövzusunu əhatə edəcək.   Tələs, elə indi qeydiyyatdan keç və "dahi kinoman" olduğunu hər kəsə sübut et!   Qeydıyyat üçün son tarix: 5 dekabr 2018-ci il     Burada qeydiyyatdan keçə bilərsiniz.  


Ətraflı >

“44 Günün Qəhrəmanları”

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Böyük Qayıdış Gənclər Təşkilatı birgə təşkilatçılığı ilə oktyabrın 22-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Azərbaycan Texniki Universitetində təşkil olunmuş görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, universitetin Elm və innovasiya üzrə prorektoru Çetin Elmas və universitetin qazi tələbəsinin valideyni, Birinci Qarabağ müharibəsi iştirakçısı Sübut Mehdiyevin çıxışları ilə davam edib. Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və bizi tarixi yurd yerlərimizə qovuşdurmaları barədə çıxış edib. Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Şəhriyar İbrahimli, Fərahim Əmirli, Elvin Rəsulov və Elnur Abbasov çıxışları zamanı Vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini tələbələrlə bölüşüblər. Son olaraq universitetin tələbələri adından Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin fəal tələbəsi Əmrah Fərəcov və Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək qəhrəmanlarımıza təşəkkür ediblər. Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir. #ATGTİ #BöyükQayıdış #44GününQəhrəmanları


Ətraflı >