Bizi İzləyin :

ПРОЕКТЫ

Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü, ATGTİ-nin tərəfdaşlığı ilə

ADA Universitetində Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü, ATGTİ-nin tərəfdaşlığı ilə "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfrans keçirilib. Şuranın sədri Məryəm Məcidova konfransda çıxış edərək daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərin səfərbər olunmasının və cəmiyyətin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. M.Məcidova bu baxımdan #heçkəskənardaqalmasın həştəqi ilə sosial şəbəkələrdə geniş məlumatlandırma işinin aparıldığını vurğulayıb.  BMT-nin İnkişaf Proqramının DİM üzrə eksperti Delavar Barekzai “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” mövzusunda keçirilən onlayn sorğunun nəticələrini elan edib. Sonra “Dayanıqlı İnkişaf Məqsədlərinə sən də qoşul!” adlı videoçarxın təqdimatı olub. Konfransda Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov gənclər təşkilatlarının qlobal layihələrdən olan Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar səylərini birləşdirməsindən məmnunluğunu ifadə edib. Baş Nazirin müavini deyib ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq, 2015-ci ildə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizlə BMT arasında əməkdaşlığın inkişafında növbəti əhəmiyyətli addımdır. Azərbaycan Hökuməti BMT-nin nümayəndəliyi ilə bu sahədə səmərəli əməkdaşlıq edir və DİM-ə nail olmaq üçün gənclərimizin potensialından istifadə edərək bu prosesə dəyərli töhfələr verir. Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti DİM-in həyata keçirilməsində üzərinə düşən bütün vəzifələri lazımi səviyyədə yerinə yetirir. Azərbaycan əhalisinin 45 faizi 30 yaşadək olan insanlardır. Gənclərimizin qlobal layihənin həyata keçirilməsində iştirakı onların Azərbaycanın inkişafına töhfə verməkdən kənarda qalmadıqlarını göstərir. Azərbaycanın sürətli yüksəlişi, inamlı gələcəyi gənclərimizin bu proseslərə yaxından iştirakını şərtləndirir. Onların sosial-iqtisadi tərəqqidə yaxından iştirakı isə ümumi inkişafa əlavə töhfə verir. “Dünya əhalisinin artımı köç problemini də aktual edir. Azərbaycan da bu problemdən əziyyət çəkir. Çünki əhalimizin 1 milyondan çoxu Ermənistanın hərbi təcavüzü nəticəsində öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu problemlərin həlli bəşəriyyətin, dövlətlərin qarşısında duran vacib vəzifələrdir”, - deyə Əli Əhmədov vurğulayıb. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən biri də gender bərabərliyidir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanda qadınların cəmiyyətdə xüsusi yer tutması, dövlətin inkişafında yaxından iştirakı diqqət mərkəzində saxlanılır. Çünki əhalimizin yarısını qadınlar təşkil edir. Əsas məqsədlərdən biri qadınların rəhbər vəzifəyə seçilməsinə inamı artırmaqdır. Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır. Beynəlxalq təşkilatların araşdırmalarına görə, Azərbaycanda gender bərabərliyinin təmin olunmasında ciddi irəliləyişlər əldə edilib. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti gender bərabərliyi anlayışını çox yaxşı dərk edir. Bu istiqamətdə maarifləndirmə işi daha da gücləndirilməlidir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət Proqramlarında DİM də əksini tapıb. Biz bu hədəflərə nail olmağa çalışırıq. Bu illər ərzində ölkəmizdə DİM-in təbliği istiqamətində əhəmiyyətli işlər görülüb. BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və başqaları çıxış edərək DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərmək üçün ciddi çağırış olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə gənclərimiz keyfiyyətli təhsil, ekoloji, sosial layihələr və digər məqsədlər üzərində çalışırlar. Bu sahədə gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.  Bununla yanaşı ATGTİ sədri Faiq Məmmədov TGT-lər arasında  aparılmış “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” başlıqlı sorğu haqqında danışıb. O, bildirib ki, ATGTİ olaraq daima tələbələrin fikirlərini dinləmək, onlardan gələn təklifləri dəyərləndirmək bizim üçün prioritet məsələlərdən biridir. Həmçinin, O, Nayoranın təşəbbüsü ilə keçirilən konfransda ATGTİ-nin tərafdaş qismində iştirakını bildirərək sorğunun 101 ali və orta ixtisas təhsil müəssisəsi üzrə aparıldığını diqqətə çatdırıb. Konfrans üç moduldan ibarət olub. Birinci hissə Dayanıqlı İnkişaf Məqsədləri haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9 min gəncin qatıldığı sorğunun nəticələrinin təqdimatına həsr edilib.  Konfransın yekununda  Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi haqqında təqdimat olub. ©    


Подробнее >

ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub

22 fevral 2020-ci il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin yanvar ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb:  1. “Könüllülər ili” çərçivəsində TGT fəalları ilə görüş; 2. 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri; 3. 20 Yanvar - Şəhidlər Xiyabanını ziyarət; 4. Azərbaycan Tələbə Kartının tanıtım videolarının çəkilməsi; 5. İntellektual klubların II Gənclər kuboku; 6. XII Liderlik Məktəbi; 7. ATV KVN Liqasının 8/1 final mərhələsi; Həmçinin, iclas çərçivəsində aşağıdakı mövzular müzakirə olunub:                                                                                                 1. Tələbə Gənclər Təşkilatları üçün ayrılan Resurs Mərkəzi; 2. Klubların fəaliyyətininn təkminləşdirilməsi, onların işinin vacibliyi; 3. İttifaqa TGT-lərdə təcrübəçilərin cəlb edilməsi; İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.  


Подробнее >

“XII Liderlik Məktəbi”nin 2-ci günü uğurla baş tutub

 


Подробнее >

"Siyasi repressiya qurbanları"

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə 1937-ci il repressiya qurbanlarının xatirə gününə həsr olunmuş "Siyasi repressiya qurbanları" muzeyinə ekskursiya baş tutmuşdur.Ekskursiya zamanı #tələbələrimİZ muzeydəki eksponatlarla tanış olmuş və maariflənə biləcəyi zəruri məlumatlar əldə etmişlər.


Подробнее >

Kinoman layihəsinə start verilir

Əziz tələbələr!   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Kinoman" layihəsinə start verilir. "Filmlərimiz 60-80-ci illərdə" şüarı altında keçiriləcək layihəyə qeydiyyatdan keçən hər bir tələbə dəvətlidir!   Qeyd: Layihə "intellektual oyun" formasında reallaşacaq. Belə ki, 60-80-ci illərdə lentə alınan milli filmlərimizdən məşhur sitatlar, çəkiliş heyəti, çəkiliş məkanları və sair nüanslar layihənin mövzusunu əhatə edəcək.   Tələs, elə indi qeydiyyatdan keç və "dahi kinoman" olduğunu hər kəsə sübut et!   Qeydıyyat üçün son tarix: 5 dekabr 2018-ci il     Burada qeydiyyatdan keçə bilərsiniz.  


Подробнее >

Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə növbəti iclası keçirilib

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə keçirilən idarə heyətinin növbəti iclasında iştirak edib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  üzvüdür. Bununla yanaşı, Faiq Məmmədov səfər çərçivəsində Avropa Parlamentində  Beynəlxalq Multilingualism gününə həsr olunmuş tədbirdə iştirak edib.  


Подробнее >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə raket hücumu ilə bağlı bəyanatı.

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


Подробнее >

“Gənclər – sağlamlığınızı qoruyun!” şüarı altında tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Tutu Diet” Mərkəzinin təşkilatçılığı ilə “Gənclər - Sağlamlığınızı qoruyun!” adlı layihə baş tutmuşdur.   Tədbirin ilkin mərhələsi 20 sentyabr Azərbaycan Dillər Universitetində, növbəti mərhələsi isə 21 sentyabr Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutmuşdur. Hər iki tədbirdə ilk öncə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Şahin Alxazov çıxış edərək tələbələri salamladı. Ardınca Avropa oyunlarının qalibi və "Şöhrət" ordeni ilə təltif edilmiş yunan-roma güləşçisi Elvin Mürsəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə peşəkar idmançı və məşqçi Kamil Zeynallı çıxış edərək gənclərə idmanın mahiyyətindən söz açdı. Sonda Azərbaycan Tibb Universitetinin Tədris Terapiya klinikası, ESPEN və IFSO-nun üzvü həkim-diyetoloq Tutu Zeynalova nəzəri və praktiki hissədən ibarət, “Düzgün qidalanma haqqında məlumat” , “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzularında təlimlər keçmişdir. Layihənin həyata keçirilməsində məqsəd – gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə,  sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər, valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir. Tədbirin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur. Açar sözlər: adutgt, azmiu tgt  


Подробнее >

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib

  Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib. Tədbirdə açılışı rektorun məsləhətçisi, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov etmişdir. O, tələbələri salamlayaraq belə tədbirlərin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra FHN-nin müxtəlif qurumlarının əməkdaşları çıxış edərək fövqəladə hallar - zəlzələ, daşqın, torpaq sürüşməsi və s. zamanı təhlükədən qorunmaq üsullarından bəhs etmiş, yanğın zamanı qaz balonundan düzgün istifadə qaydalarını tələbələrə izah etmişlər. Mülki müdafiə ilə bağlı müxtəlif fotoşəkillər və maarifləndirici videoçarxlar nümayiş etdirilib. Sonda Ə.Həsənov çıxış edərək tədbirin təşkil edilməsində əməyi keçən qurumlara təşəkkürünü bildirmiş və tələbələrin suallarını cavablandırmışdırlar. Daha sonra xatirə fotoşəkli çəkilib.            


Подробнее >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start verilir

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının İttifaqının təşkilatçılığı ilə "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start verilir.   Beynəlxalq münasibətlərə, siyasi sistemə və BMT-in fəaliyyətinə xüsusi marağı olan gənclər üçün BMT kimi universal bir təşkilatın nümayəndələri ilə görüşmək şansı qazandırılır. ATGTİ tələbə-gəncləri universal təşkilat olan Birləşmiş Millətlər Təşkilatı üzrə gənc mütəxəssis olmağa dəvət edir.   Layihəyə iştirakçı olaraq qoşulmaq üçün ilk növbədə müraciət formasınını doldurmaq vacibdir. Uyğun kriteriyalara cavab verən tələbə-gənclər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla keçən tələbələr layihədə iştirak etmək şansı əldə edəcəklər. Layihəyə maksimum 40 iştirakçı seçiləcək. Layihə bitdikdən sonra verilən məlumatlara əsasən imtahan təşkil olunacaq. İmtahanı müvəfəqiyyətlə verən tələbələr xüsusi mükafatlarla təltif olunacaqlar. (Misal: Layihəyə tərəfdaş olan qurumlarda təcrübə keçmək imkanı və digər xüsusi fürsətlər)   QEYD: Layihəyə iştirakçı olaraq seçilmək üçün Azərbaycan və İngilis dillərini bilmək şərtdir. Seçim prosesində dil biliklərinə üstünlük veriləcək.   Son müraciət tarixi: 13 Dekabr.   Qeydiyyatdan burada keçə bilərsiniz.


Подробнее >

"Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri" adlı tədbir keçirilib

Fransanın Strasburq şəhərində 21-25 yanvar tarixlərində “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Beynəlxalq Əməkdaşlıq və Donorlarla İş şöbəsində mütəxəssis Elmira Allahverdiyeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak edib. İştirakçılar ilk öncə Avropa Şurasının binasını ziyarət edib və tədbirin ilk günündə Avropa Şurası Parlament Assambleyasının açılış mərasimi baş tutmuşdur. Daha sonra tədbir iştirakçıları Avropa Şurası və Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti haqqında ətraflı məlumatlandırılmış, Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşüb gənclik siyasəti və gənclər mərkəzi barədə geniş müzakirələr aparıblar. Eyni zamanda onlar Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə səfərlərdə iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və Azərbaycan Respublikası ilə əlaqələri daha da gücləndirməkdən ibarət olub.    


Подробнее >

Vakansiya

Gənclər, elanımız var!  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sizi peşəkar komandanın üzvü olmağa, yeni imkanlar, maraqlı və ödənişli iş əldə etməyə dəvət edir. Vakansiyalar: • Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə menecer, • Klublarla iş üzrə menecer, • Klublarla iş üzrə koordinator Tələsin, vakansiya 16 mart saat 18:00-a qədər qüvvədədir. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.  


Подробнее >

Yay Fest-ə start verildi!

500 tentlik ən böyük gənclər festivalının ilk günü əyləncəli oyunlar, flashmob və party ilə yekunlaşıb. Qeyd edək ki, Festival 5 gün ərzində Şahdağ Qış-Yay Turizm Kompleksində baş tutacaq.              


Подробнее >

ATGTİ-nin təşkilatçılığı ilə Gəncə şəhəri və ətraf rayonlar üzrə TGT fəallarının təltifetmə mərasimi keçirilib

Mərasimdə 12 təhsil müəssisəsindən fəaliyyət göstərən TGT fəalları iştirak edib. Ümumilikdə, 145 TGT fəalı xidmətlərinə görə ATGTİ-nin sədri tərəfindən diplomlarla təltif edilib. Görüşün əsas məqsədi TGT-lərin fəaliyyətini dəyərləndirmək, onların problemlərini dinləmək və həll yollarını müzakirə etməkdən ibarət olub. Mükafatlandırmadan öncə ATGTİ-nin sədri Faiq Məmmədov tələbələrlə səmimi görüş keçirib. Faiq Məmmədov, tələbələrin suallarını dinləyib və onları cavablardırıb. O, tələbələrə TGT-lərdə göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkür edib və onları bu uğur münasibətilə təbrik edib. Tədbirin sonunda TGT fəalları və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib.          


Подробнее >

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının Gənclərlə İş üzrə məsul şəxsi Zaur Məmmədov, DİA TGT-nin klub sədrləri və tələbələr iştirak edib.  Konfrans zamanı Zaur Məmmədov çıxış edərək tələbələrin hüquqlarının müdafiəsi, sosial-ictimai fəaliyyətinin təşkilində TGT-nin xüsusi əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Sitarə Cavadova çıxışı zamanı tələbələrə TGT-nin fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib. İclasın gündəliyinə uyğun olaraq DİA TGT-nin keçmiş idarə heyətinin üzvü Aysel Cəfərova fəaliyyəti ərzində görülən işlər, keçirilən tədbirlər barədə hesabatla çıxış edib. Daha sonra DİA TGT-nin yeni sədri, İnzibati İdarəetmə fakültəsinin tələbəsi Murad Həsənxanlı çıxış edərək, ona göstərilən etimadı doğruldacağını qeyd edərək görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib.      


Подробнее >