• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-ə üzv olmaq üçün təhsil aldığınız ali və orta ixtisas təhsilli müəsisəsinin TGT-sinə üzv olmağınız kifayətdir. Bu link vasitəsi ilə online şəkildə üzv ola bilərsiniz: https://goo.gl/forms/YJISi1AiUIlVLV3T2

Azərbaycan Respublikasının 99 ali və orta ixtisas təhsili müəssisəsinin Tələbə Gənclər Təşkilatını (TGT) özündə birləşdirən ən böyük tələbə təşkilatıdır. Bu sıraya həm paytaxt, həm də regionların ali və orta ixtisas təhsili müəssisələrinin TGT-ləri daxildir.

ATGTİ könüllü kimi fəaliyyət göstərmək üçün vakansiyalar elan edir, vakansiyalara qeydiyyatdan keçib, müsahibədən uğurla keçdikdən sonra könüllü kimi fəalliyyət göstərə bilərsiniz. Könüllü kimi fəaliyyət göstərmək təcrübə qazandırır, bacarıqlarınızın inkişaf etməsinə şərait yaradır, şəbəkənizi genişləndirir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında könüllü fəaliyyəti üçün vakansiyaların vaxtı barədə məlumatı rəsmi saytımızı və sosial şəbəkələrdəki rəsmi hesablarımızı izləyərək əldə edə bilərsiniz.

Atgti.az saytından və ya facebook, twitter, instagram kimi sosial şəbəkələrdəki paylaşımlardan bütün məlumatları əldə edə bilərsiniz.

Azərbaycan Tələbə Kartını əldə etmək üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə ali və ya orta-ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatına və ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına yaxınlaşmaq kifayətdir. Daha ətraflı məlumat üçün www.eyca.az saytına daxil ola bilərsiniz.

Təqdim edəcəyiniz esse müvafiq (seçdiyiniz) mövzuya uyğun 3000 sözdən ibarət və ingilis dilində olmalıdır.

Layihə elan olunduqdan sonra www.atgti.az saytında olan qeydiyyat anketini doldurub, müsahibədən uğurla keçdikdən sonra “Liderlik Məktəbi”ndə iştirak edə bilərsiniz. Liderlik məktəbləri Azərbaycanın dilbər güşələrində həyata keçirilir. Layihədə 100-dən çox tələbə iştirak edir.

“Səyyar kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5000 adi, 10000 elektron kitab toplanıb. O, Azərbaycanın bütün rayonlarını gəzərək kitabxana kimi fəaliyyət göstərir.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin müharibə veteranlarına olan diqqətini göstərmək, eləcə də gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsidir.

ATGTİ hüquq, məntiq, ingilis dili, İKT, siyasi biliklər, təbiət elmləri, tarix, coğrafiya üzrə olimpiadalar həyata keçirmişdir.

Müsabiqədə Avropa, Asiya və Amerika qitələrində yerləşən 30-a yaxın ölkənin təmsilçiləri iştirak edir.

Facebook sosial şəbəkəsində səhifə: http://www.facebook.com/atgti

Twitterdə: @atgti

Instagramda : atgti_asyou