Bizi İzləyin :

Elanlar

Enactus Azərbaycan proqramı çərçivəsində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbi ...

Azərbaycan Respublikasının Gənclər Fondu, BP şirkətinin maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Enactus Azərbaycan proqramı çərçivəsində 28 fevral – 1 mart tarixlərində Bakı şəhəri Park Inn otelində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbi baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu gənclər siyasətində elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin gənclər arasında stimullaşdırılması prioritet məqsədlər hesab olunur. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində “Enactus” Proqramının inkişaf etdirilməsi və Qış Məktəbinin hazırlanma prosesinə xüsusi diqqət göstərilir. Qış Məktəbinin açılışında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ATGTİ-nin sədri və Enactus Azərbaycan ölkə üzrə rəhbəri Faiq Məmmədov, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Bildirilib ki, Enactus Azərbaycan Qış Məktəbi tələbələrdə biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığın təşviq olunması məqsədini daşıyır. Proqram çərçivəsində müxtəlif mövzularda silsilə təlimlər keçiriləcək, burada həmçinin, dünya praktikasında olan ən uğurlu layihələr barədə məlumat veriləcək və interaktiv oyunlarla tələbələrə öyrəndikləri nəzəri bilikləri real həyatda tətbiq etmə imkanı yaradılıb. Qış Məktəbində Azərbaycanın 20 universitetini təmsil edən Enactus komandaları olmaqla ümumilikdə 150 nəfər iştirak edib. Tədbir zamanı hər komandanın öz layihə ideyalarını formalaşdırmasına fərdi dəstək göstərilib, sosial sahibkarlıq sahəsində peşəkar mütəxəssislər tərəfindən layihə planlarının yazılması, biznes və startapların idarə olunması, özünə məşğulluğun təmin olunması, layihənin uzun müddətli icra prosesində qarşıya çıxa biləcək problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı təlimlər keçirilib. Tədbirin son günündə gənclərin tədbir haqqında olan təəssüratlarını öyrənmək üçün sorğu keçirilib və əyləncəli konsert proqramı təşkil olunub. Qeyd edək ki, Enactus Proqramı 1975–ci ildə ABŞ-da yaradılıb və indiyədək 72 000-dən artıq proqram iştirakçısı 2 milyondan çox insanın həyatını dəyişıb və cəmiyyətə müxtəlif töhfələr verib. Azərbaycan Enactus Proqramına 2005-ci ildən qoşulub. Proqram gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək proqramın əsas məqsədlərindən biridir. Dünyanın müxtəlif ölkələrində hər il keçirilən müsabiqələrin qalibi olan universitetlər Enactus Global tərəfindən ayrı-ayrı ölkələrdə təşkil olunan Enactus Dünya Müsabiqəsində öz dövlətini və universitetini təmsil edir. Azərbaycan Enactus Milli komandası ötən il ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində keçirilmiş “Enactus-2019” dünya çempionatında yüksək nailiyyət qazanaraq qrup liqasında qalib seçilib və yarımfinal mərhələsinə keçib.         


2020-03-03

Ətraflı >

Bakı şəhərində yerləşən Tələbə Gənclər Təşkilatları sədrlərinin növbəti iclası baş ...

  Cari tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları sədrlərinin Azərbaycan Dövlət Pedoqoji Universitetində növbəti iclası baş tutub. İclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova, İnformasiya texnologiyaları və “Azərbaycan Tələbə Kartı” ilə iş departamentinin direktoru Xanım Paşayeva, ATGTİ-nin nümayəndəsi Ənvər İsmayılzadə iştirak edib. İlk öncə Faiq Məmmədov çıxış edərək TGT-lərdə yaranan problemlərdən, onların həll yollarından danışıb. Daxili strukturun bərpası və tədbirlərin bütün tələbələrə çatdırılmasının təmin olunmasından söz açdı. Ümumilikdə TGT-lərin fəaliyyətindən danışan Faiq Məmmədov qeyd edib ki, TGT-lərin fəaliyyəti tələbələrin ilkin təcrübələri qazanmalarına, liderlik və idarəetmə bacarıqlarının inkişaf etməsinə səbəb olmalıdır. Həmçinin, Tələbə Gənclər Təşkilatlarının birləşərək layihə keçirməsinin önəmindən də bəhs etdi. Daha sonra Xanım Paşayeva tələbələri maraqlandıracaq yeni müəssisələrdə endirim fürsətlərinin olduğunu və yaxın zamanda açıqlanacağını bildirdi. Tələbə Gənclər Təşkilatı sədrlərinə tələbələrin bu kart vasitəsi ilə hansı endirimlərin şamil olunduğunu eyca.az saytına girərək məlumat ala biləcəklərini bildirdi. Həmçinin, Xanım Paşayeva Azərbaycan Tələbə Kartının bu günə qədər olan statistikalarını TGT sədrlərinin nəzərinə çatdırıb, onlayn qeydiyyatda daha aktiv olan təhsil müəssisələrin Tələbə Gənclər Təşkilatlarına öz xüsusi təşəkkürlərini bildirdi. TGT sədrləri isə öz növbəsində, öz fəaliyyətləri  zamanı yaranan problemləri və onların qarşısında duran məsələlərini icraedici aparata bildirib.  


2018-10-14

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının BMT Təhlükəsizlik Şurasının Erm ...

  Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


2020-10-24

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin ...

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.    


2020-10-17

Ətraflı >

Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir keçirilib

  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir həyata keçirilib. Layihə Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Musiqi Kollecində baş tutmaqla, bir neçə təhsil müəssisəsini əhatə edib. Layihənin əsas məqsədi gənc nəslin qidalanma vəziyyətini müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin təşkilindən ibarətdir. Layihə müddətində təhsil müəssisələrinin müəllim heyəti çıxış edərək tələbələrə gənclik illərində sağlam qidalanmanın mahiyyətindən bəhs edib. Daha sonra tələbələr təlimçinin izahı ilə birlikdə videoçarx izləyib və maraqlı suallar ətrafında müzakirələr edib. Bununla yanaşı tələbələrdən ibarət peşəkar idmançı və məşqçilər də öz növbəsində idmanla məşğul olmağın hər bir insanın fiziki sağlamlığında əhəmiyyətli rolundan bəhs edib.              


2019-02-20

Ətraflı >

Gürcüstanda beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib.

  7-13 noyabr tarixlərində Gürcüstanın Laqodexi şəhərində Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində  beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib. Beynəlxalq təlimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Ramin Həbibzadə iştirak edib. Gənclər üçün keçirilən bu layihədə  Azərbaycan tərəfindən tərəfdaş olaraq  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi nümayəndələri qatılıb. Onlar tədbirdə iştirak edənləri öz fəaliyyətləri ilə tanış edib. Layihədə Avropa İttifaqına həm üzv, həm də qeyri-üzv olan 8 ölkədən 24 gənc iştirak edib. Təlim kursunda iştirakçılara Erasmus + proqramı haqqında geniş məlumat verilib və onların suallarına cavab verilib. Qeyd edək ki, layihənin ikinci hissəsi aprel ayında Macarıstanın Budapeşt şəhərində baş tutacaqdır.  


2018-11-23

Ətraflı >

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfra ...

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  Baş katibi Ramin Həbibzadə, həmçinin, ADU-nun professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər. Konfrans zamanı ATGTİ-nin Baş katibi Ramin Həbibzadə çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq ADU TGT-nin yeni sədri Tərcümə fakültəsinin tələbəsi Əzizova Məhsəti çıxış edərək fəaliyyət planı haqqında qısa məlumat verib. O, tələbələrin problem və qayğıları ilə yaxından maraqlanacağını və həlli istiqamətində çalışacağını bildirib.          


2020-03-13

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb


2020-02-16

Ətraflı >

“Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib

  “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib. Layihə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz izini qoymuş aprel şəhidlərinin şücaəti və qəhrəmanlığından bəhs edən tamaşadır. Tamaşa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Odlar Yurdu” Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində nümayiş olunub. Tamaşanın məqsədi – gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda vətənə, dövlətə, torpağa bağlılıq hislərini artırmaq, aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliğidir. Tamaşanın rejissoru Respublikanın xalq artisti Vaqif Əsədov, ssenaristi şairə Leyla Bəyimdir.      


2019-10-16

Ətraflı >

Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!

14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1.   Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2.   Bayraqdar intellektual oyunu 3.   Bayraq Günü fləşmobu 4.   Azərbaycan – UELS futbol yarışı 5.   “Youth Speak” Forum 6.   Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.  


2019-12-16

Ətraflı >

Regionlarda yerləşən TGT sədrlərinin iclası baş tutub

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Gəncə, Mingəçevir, Ağstafa, Lənkəran, Şamaxı, Zaqatala, Quba, Ağcabədi, Ağdam, Ağdaş regionlarında və Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil müəssisələrinin TGT sədrləri ilə iclas keçirilib. İclasda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov Tələbə Gənclər Təşkilatlarının hazırkı vəziyyəti ilə maraqlanıb və sədrlərə öz tövsiyələrini verib. TGT sədrləri təhsil müəssisələrində Tələbələr Gənclər Təşkilatlarının göstərdikləri fəaliyyət və həyata keçirdikləri layihələr haqqında məlumat verib. Həmçinin, yeni layihələr və bu layihələrdə regionlar arasında əlaqələr qurulması məqsədilə müştərək işlərin aparılması ideyası haqqında müzakirələr aparıblar. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva Azərbaycan Tələbə Kartının regionlarda istifadəsindən söz açıb və  kartın istifadəsi üçün müəyyən təlimatlar verib. Təkcə, Bakıda yox, digər bölgələrdə də kartın istifadəsi üçün işlərin davam etdiyini və tezliklə regionlarda da kartdan maksimum istifadənin həyata keçiriləcəyini bildirib. Həmçinin, Tələbə Gənclər  Təşkilatlarının sədrlərinin suallarını TGT-lərlə iş departamentinin rəhbəri Ləman Cavadova cavablayıb. Tələbə Gənclər Təşkilatlarının sədrləri yeni dərs ilində yeni layihələrin olacağını və tələbələrin sosiallaşması, dünyagörüşünün artırılması üçün müxtəliftədbirlər keçirəcəkləri bildiriblər.


2018-09-22

Ətraflı >

ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasında təşk ...

Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasının Türkistan vilayətində Türk Konsulluğu tərəfindən təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumu,Türk Dünyası Gənclik,Mədəniyyət və Sənət Festivalında iştirak edib. Türk Universiteti Öğrenciler Birliyinin Tələbə təmsilçilərinin iştirakı ilə toplantılar baş tutub. Təmsil olunan universitet tələbələri arasında dialoqlar baş tutub.Təmsil Universitetlər haqqında məlumat verilib. TGT sədri Rauf Vəliyev Azərbaycan Tibb Universitetində mövcud olan tələbə həyatı ,klinikalar,dərslik fondu,tədris korpusları haqqında iştirakçılara məlumat verərək bildirib ki, hazırda universitetimizin hazırlıq qruplarında 600 nəfərdən çox tələbə təhsil alır.Növbəti panellər zamanı təmsil olunan təşkilatlar haqqında məlumat verilib.Belə ki, ölkədə mövcud olan TGT-lər haqqında məlumat verilib və TGT-lərin ümumi ittifaqı olan ATGTİ-nin fəaliyyəti barədə tədbir iştirakçıları məlumatlandırılıblar Səfər çərçivəsində baş tutan Türk Konseyi II Gənc Liderləri Forumunda gələcəkdə gənclər üçün icra olunacaq ortaq layihələrdən danışılıb.Daha sonra Azərbaycan nümayəndə heyəti Hoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər. Səfər zamanı Türkistanda yerləşən tarixi əhəmiyyətli məkanlara gedilib və infoturlar təşkil olunub.      


2019-05-02

Ətraflı >

Kinoman layihəsinə start verilir

Əziz tələbələr!   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Kinoman" layihəsinə start verilir. "Filmlərimiz 60-80-ci illərdə" şüarı altında keçiriləcək layihəyə qeydiyyatdan keçən hər bir tələbə dəvətlidir!   Qeyd: Layihə "intellektual oyun" formasında reallaşacaq. Belə ki, 60-80-ci illərdə lentə alınan milli filmlərimizdən məşhur sitatlar, çəkiliş heyəti, çəkiliş məkanları və sair nüanslar layihənin mövzusunu əhatə edəcək.   Tələs, elə indi qeydiyyatdan keç və "dahi kinoman" olduğunu hər kəsə sübut et!   Qeydıyyat üçün son tarix: 5 dekabr 2018-ci il     Burada qeydiyyatdan keçə bilərsiniz.  


2018-11-23

Ətraflı >

ATGTİ-nin təşkilatçılığı ilə Gəncə şəhəri və ətraf rayonlar üzrə TGT fəallarının t ...

Mərasimdə 12 təhsil müəssisəsindən fəaliyyət göstərən TGT fəalları iştirak edib. Ümumilikdə, 145 TGT fəalı xidmətlərinə görə ATGTİ-nin sədri tərəfindən diplomlarla təltif edilib. Görüşün əsas məqsədi TGT-lərin fəaliyyətini dəyərləndirmək, onların problemlərini dinləmək və həll yollarını müzakirə etməkdən ibarət olub. Mükafatlandırmadan öncə ATGTİ-nin sədri Faiq Məmmədov tələbələrlə səmimi görüş keçirib. Faiq Məmmədov, tələbələrin suallarını dinləyib və onları cavablardırıb. O, tələbələrə TGT-lərdə göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkür edib və onları bu uğur münasibətilə təbrik edib. Tədbirin sonunda TGT fəalları və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib.          


2009-01-25

Ətraflı >

"Poliqon" Strateji İntellekt Oyunu üzrə III Universiadaya yekun qoyulub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,  Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Poliqon Dostlar Klubu və Region Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə Poliqon Strateji İntellekt Oyunu üzrə III Universiadanın final mərhələsi keçirilib. Tədbirdə ATGTİ-nin Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. O, tələbələri salamlayaraq müsabiqədə uğurlar arzuladığını bildirib. Final mərhələsində müxtəlif təhsil müəssisələrindən olan 18 komanda iştirak edib.  Yarışın nəticələrinə uyğun olaraq  610 bal toplamış “GentleMans” yığma komandası 1-ci; 565 bal ilə “Queentett” yığma komandası 2-ci; 540 bal toplayaraq “Naxçıvanın Diplomat” komandası 3-cü yerə layiq görülüb. Yarışın sonunda iştirakçılar təltif edilib.      


2020-03-10

Ətraflı >