Bizi İzləyin :

BİZ MƏTBUATDA

ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub

22 fevral 2020-ci il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin yanvar ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb:  1. “Könüllülər ili” çərçivəsində TGT fəalları ilə görüş; 2. 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri; 3. 20 Yanvar - Şəhidlər Xiyabanını ziyarət; 4. Azərbaycan Tələbə Kartının tanıtım videolarının çəkilməsi; 5. İntellektual klubların II Gənclər kuboku; 6. XII Liderlik Məktəbi; 7. ATV KVN Liqasının 8/1 final mərhələsi; Həmçinin, iclas çərçivəsində aşağıdakı mövzular müzakirə olunub:                                                                                                 1. Tələbə Gənclər Təşkilatları üçün ayrılan Resurs Mərkəzi; 2. Klubların fəaliyyətininn təkminləşdirilməsi, onların işinin vacibliyi; 3. İttifaqa TGT-lərdə təcrübəçilərin cəlb edilməsi; İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.  


2020-02-29

Ətraflı >

“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib

The Baku Congress Center hosted an event entitled "Festival of Solidarity of Azerbaijan Volunteers" organized by the Youth Foundation of the Republic of Azerbaijan, the Ministry of Labor and Social Protection of the Population of the Republic of Azerbaijan, the Ministry of Youth and Sports of the Republic of Azerbaijan and ASAN service, which was attended by hundreds of young people and volunteers organizations.  Representatives of the Azerbaijan Student Youth Organizations' Union attended the festival. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib.   Forumda ilk öncə Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyacların qarşılanmasına imkan verən üç təməl elementin bir-biri ilə uzlaşdırılmasından danışıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış edərək ÜST-ün Azərbaycan Respublikasındakı hazırkı fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan  səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb. Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin, ARPDİA-nın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib. Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini bildirib. Sonda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirin moderatorluğunu ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Ramin Həbibzadə edib. Həmçinin, sonda Forum iştirakçılarının suallarını cavablandırılıb.    


2018-12-09

Ətraflı >

TGT-lərdə bu həftə! - 25.11.2018

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatı və AӘSMA TGT İntellektual Oyunlar klubunun təşәbbüsü ilə "Nə?,Harada?,Nə zaman?" İntellektual oyunu keçirilib. Bakı Slavyan Universitetində BSU TGT-nin təşəbbüsü ilə Tolerantlıq gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Türkiyə, Çexiya, Polşa, Rusiya, Yunanıstan, Ukrayna, Belarus, Bolqarıstan ölkələrin atrebutları və həmin ölkələrə məxsus milli geyimlər tələbələr tərəfindən nümayiş etdirilib. Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət universitetində "Breyn-Rinq" keçirilib. 1-ci yerin sahibi Kulturologiya fakültəsindən "Aristokratlar " komandası olub. Bakı Dövlət Universitetində Debat Klubu tərəfindən “Bərk məişət tullantıları yenidən emal olunmalıdır" mövzusunda keçirilən 35-ci daxili turnirinin qalibləri məlum olub. Final oyunu nəticəsində Azərbaycan bölməsi üzrə "Come back" komandası çıxıb. Həmçinin, Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Keçirilən növbəti yarış Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ölkələr intellektual yarışı olub. Ümumilikdə 25 komandanın iştirak etdiyi yarışda “Olimpus” komandası qalib gəlib. Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.  Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu təşkil olunub. UNEC İqtisadiyyat fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin istedadlı tələbələri maraqlı proqramla çıxış etdilər. Çıxışlar tələbələr tərəfindən alqışla qarşılandı. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 noyabr Ümumdünya Uşaq Hüquqları günü münasibəti ilə "Uşaq və Kitab" mövzusunda Kollecin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatlı yazıçı, şair Elxan Elatlı ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirə həsr olunmuş “Sabir gecəsi” adlı tədbir keçirilib. Həmçinin, Gömrük Komitəsinin Akademiyasında  Tələbə Gənclər Təşkilatı  nəzdində olan "İqtisadiyyat klubu"  tərəfindən Milli Dirçəliş gününə həsr edilmiş “İqtisadiyyat gecəsi” adlı müsabiqə keçirilib. Yarışın qalibi İqtisad Universitetinin “Six pistols” komandası olub. Sumqayıt Dövlət Universitetində 17 Noyabr Milli Dircəliş Gününə həsr olunmuş ağacəkmə aksiyası olub. Həmçinin, Universitetdə debat təlimi keçirilib. Bakı Avrasiya Universiteti Avrasiya Liderlik Akademiyası II təşkil olunub. Bu Akademiya ilk dəfə 2014-cü ildə noyabr ayında keçirilib. Akademiyada keçirilən təlimlərin mövzuları bunlardır: İdarəetmə və təşkilatlanma, nitq və natiqlik, biznes idarə edilməsi, kütlə psixologiyası, gənc diplomatlar. Bakı Humanitar Kollecində Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə Azərbaycan Tələbə Endirim kartının təqdimatı keçirilib. Təqdimatda Azərbacan Tələbə Gənclər Təşkilatları İttifaqının informasiya-texnologiyalar ATK departementinin rəhbəri Xanım Paşayeva, Bakı Humanitar Kollecinin direktor muavini Rasim Rzaxanov və Gənclər təşkilatinın sədri Şəfiqə Hənifəyeva tələbələrin suallarını cavablandırıblar. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyəli rejissor və aktyorlarla tələbələrin görüşü keçirilib. Tələbələrin suallarını cavablandırıb,onlarla dəyərli zaman keçirən Türkiyə simaları Azərbaycanda olmaqdan mənmunluq hissi keçirdiyini də bildiriblər. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədini daşıyır. Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələrin Azərbaycan Xalq Cumhuriyyəti muzeyinə ekskursiyası təşkil olunub.  Mühəndislik fakültəsinin melorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının birinci kurs tələbələri muzeydə “Azərbaycan Xalq Cumhuriyyəti” adlı mühazirə dinləyib, eksponatlarla tanış olub, canlı tarixin izləyicilərinə çevrilib. GDU Tələbələri arasında paintball müsabiqəsi keçirilib.  Naxçıvan Dövlət Universitetində Naxçıvan MR Ali Məhkəməsi ilə birgə "Hüquq günləri" layihəsinin açılış tədbiri olub. Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının aktivistləri Qadın-uşaq sığınacağı və Uşaq sığınacağını ziyarət ediblər.    


2018-11-25

Ətraflı >

“Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” lahiyəsinin ekspertləri tələbələrlə görüşüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinə start verilib. Tədbir layihə ekspertləri və könüllüləri arasında tanışlıqla başlayıb. Görüşdə ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak ediblər. AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirakçıları salamlayıb və layihənin məqsədini açıqlayıb. Daha sonra sosioloq Hüseyn İbrahimov çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Sonda ekspertlər tələbələrin suallarını cavablandırıblar. Bildirək ki, layihə Azərbaycanın 4 regionunda və Bakı şəhərində keçiriləcək. Layihə müddətində seminarlar təşkil olunacaq, könüllülər sorğular keçirəcək. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.


2018-11-09

Ətraflı >

Azərbaycan Respublikasının Gənclər Fondu ilə TGT sədrlərinin görüş keçirilib

  Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu ilə Tələbə Gənclər Təşkilatlarının sədrlərinin görüşü baş tutub. “Tələbə gənclər təşkilatları ilə görüş, uğurlar, naliyyətlər və fəaliyyət planları” adı ilə həyata keçirilən görüşdə Milli Məclisin deputatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Şahin İsmayılov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib.  Tədbir Fərid Cəfərovun  çıxışı  ilə başlayıb. O, fondun fəaliyyəti və səlahiyyətlərin genişlənməsi  haqqında danışıb. Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli Fərmanına əsasən  sosial müdafiəyə  ehtiyacı olan xüsusi istedadlı gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı layihə barəsində məlumat verib. Şahin İsmayılov çıxış edərək TGT-lərin fəaliyyəti barəsində fondu məlumatlandırıb.  Görüşdə Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti və yaranan problemlər barəsində də danışıq aparılıb. Görüşün keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərin fəaliyyəti, qarşıya çıxan problemləri və onların gələcəkdə  həyata keçirmək istədikləri layihələr ilə yaxından tanış olmaq və onları Gənclər Fondu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə dəvət etməkdən ibarətdir olmuşdur.    


2018-11-28

Ətraflı >

ATGTİ TV-də Youtube vakansiyası üzrə qeydiyyat elan edilir.

Özünə inamın və kreativ ideyaların varsa bizə qoşul.   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Youtube vakansiyası üzrə könüllü qəbuluna başlanıldı. Qeydiyyatdan keçərək Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan ATGTİ-də fəaliyyət göstərmə fürsətini əldə et.    Son müraciət tarixi: 16.12.2018   Qeyd edək ki, ATGTİ daxilində fəaliyyət könüllü əsaslarla həyata keçirilir.  


2018-12-02

Ətraflı >

“Tələbə Sual Verir” layihəsinə start verildi

Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.  Bu tədbirlər sırasında Nazirlər Kabinetinin 19 May tarixli Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə müvafiq qərarı da yer alıb. Qeyd olunan qərarla, bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları müəyyən edilmişdir.  Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ "Tələbə Sual Verir" layihəsinə start vermişdir. Layihə çərçivəsində tələbələrdən daxil olan suallar ünumiləşdirilərək Təhsil Nazirliyi ilə əlaqələndirmə çərçivəsində cavablandırılır və qısa məlumatlandırıcı video çarxlar formatında təqdim olunur.  Məlumatlandırıcı videolarla ATGTİ-nin sosial mediya hesabları vasitəsilə tanış ola bilərsiz: İnstagram : https://www.instagram.com/atgti_asyou/  Facebook : https://www.facebook.com/atgti/    


2020-05-31

Ətraflı >

Kinoman layihəsinə start verilir

Əziz tələbələr!   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Kinoman" layihəsinə start verilir. "Filmlərimiz 60-80-ci illərdə" şüarı altında keçiriləcək layihəyə qeydiyyatdan keçən hər bir tələbə dəvətlidir!   Qeyd: Layihə "intellektual oyun" formasında reallaşacaq. Belə ki, 60-80-ci illərdə lentə alınan milli filmlərimizdən məşhur sitatlar, çəkiliş heyəti, çəkiliş məkanları və sair nüanslar layihənin mövzusunu əhatə edəcək.   Tələs, elə indi qeydiyyatdan keç və "dahi kinoman" olduğunu hər kəsə sübut et!   Qeydıyyat üçün son tarix: 5 dekabr 2018-ci il     Burada qeydiyyatdan keçə bilərsiniz.  


2018-11-23

Ətraflı >

Ali təhsil müəssisələri arasında «Xəmsə» Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib

  Azərbaycan Dillər Universitetinində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Dillər Universitetinin Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə ali təhsil müəssisələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib. 2 turdan ibarət olan yarışda 32 ali təhsil müəssisəsi iştirak edib. Oyun zamanı iştirakçılara müxtəlif bölmələr üzrə suallar verilib. Sualları cavablandıraraq tələbələr öz biliklərini sınayıb və komandada aktiv fəaliyyət göstəriblər. Yarış zamanı komandalar  qalib olmaq üçün mübarizə aparıblar. Final oyunu 4 komanda arasında oynanılıb. 1-ci yeri Azərbaycan Tibb Universiteti, 2-ci yeri Milli Aviasiya Akademiyası, 3-cü yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 4-cü yeri isə Bakı Avrasiya Universiteti tutmuşdur.             


2018-12-09

Ətraflı >

ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək

4 mart 15:00-da ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək.   Açıq dərs Humanitar Elmlər və Sosiologiya üzrə Yrd.Dos.Dr.Umut Özkaleli tərəfindən keçiriləcək.   “ADA” Universitetinin Magistr Tələbə Hökuməti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı və təşkilatçılığı ilə keçirilən açıq dərsdə qadınların təhsildə rolundan, qadınların təhsil almasında gender faktorunun əhəmiyyətindən, eləcə də qadınların ümumilkdə cəmiyyətdəki proseslərə təsirindən bəhs edilməklə, gender amilinin önəmindən danışılacaq.   Qeyd:   *Açıq dərs mövzusunun işçi dili ingilis dilində olacaqdır.   *Gələrkən özünüzlə şəxsiyyət vəsiqəsini gətirməyi unutmayın.    Açıq dərsdə iştirak etmək istəyən tələbələr buradan qeydiyyatdan keçə bilər. 


2019-02-21

Ətraflı >

“Bayraqdar İntellektual oyunu” keçirilib

8 noyabr tarixində Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı, Park Bulvar Bakunun tərəfdaşlığı ilə Bayraq gününə həsr edilmiş “Bayraqdar İntellektual oyunu” keçirilib. Layihə Park Bulvar ticarət mərkəzində hər birində 5 nəfər olmaqla 5 komandanın iştirakı ilə baş tutub. Layihəyə əsasən Park Bulvarda qabaqcadan müəyyənləşdirilmiş mağazalarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirilib. Hər komanda suallara cavab verəcəyi məkanın adını da ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirib. Daha sonra, suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 5 sualdan minimum 3-nə cavab verməklə bayraq udublar. Yekunda ən çox bayraq toplayan və məkana tez çatan komanda qalib  elan edilib. İntellektual oyunun  sualları layihənin adına uyğun olaraq  bayrağımızla bağlı olmaqla, xüsusilə bayrağımızın müxtəlif tarixi mərhələlərdəki statusundan, quruluşundan, haqqında verilən qərarlardan bəhs edib.      


2019-11-12

Ətraflı >

Zəfər gününə həsr olunmuş dama yarışı.

Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu:🥇Aslan Musazadə🥈Murad İsmayılov🥉Əli Orucov


2021-11-05

Ətraflı >

“Şah-Mat”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində “Şah-Mat” adlı şahmat turniri baş tutdu.Turnirin yekun nəticələrinə əsasən ilk 3 yerin sahibi müəyyən olundu:🥇Ramazan Məcidov🥈Nigar Bayramlı🥉Məhəmmədəli ƏsədovQaliblər sonda diplomla təltif olunublar. Turnirin təşkili prosesində dəstək göstərdikləri üçün Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirik!


2021-11-19

Ətraflı >

Panel görüşü

1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri


2021-11-02

Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində Miniatür Kitab Muzeyinə ekskursiya

20 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Kitab Qurdu” Klubunun təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunmuşdur.


2021-11-20

Ətraflı >