Bizi İzləyin :

BİZ MƏTBUATDA

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələri tərəfindən günahsız uşaqların öldürülməsinə dair bəyanatı

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


2020-10-24

Ətraflı >

Avropa Gənclər Kartı Assosiasiyasının regional iclası keçirilib.

26 may 2020 il tarixində Avropa Gənclər Kartı Assosiasiyasının (European Youth Card Association, eyca.org) regional iclası keçirilmişdir. İclasda Avropa Gənclər Kartı Assosiasiyasının icraçı direktoru, Azərbaycan, Bolqarıstan, Çexiya, Rumıniya, Polşa, Gürcüstan üzrə üzv təşkilatların rəhbərləri iştirak ediblər. Görüş zamanı Avropa Gənclər Kartı Assosiasiyasının növbəti 5 il üçün strateji planının hazırlanması və ölkələr üzrə həyata keçirilən fəaliyyətlər müzakirə edilmişdir. Onlayn formatda keçirilən iclasda ATGTİ-nin sədri Faiq Məmmədov iştirak edərək Azərbaycan Tələbə Kartının fəaliyyəti haqqında məlumat vermişdir.  


2020-05-27

Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində Milli İncəsənət Muzeyinə ekskursiya

27 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən “Tələbə Əyləncə” klubunun təşkilatçılığı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.


2021-11-27

Ətraflı >

ATGTİ təşəkkürnamə ilə təltif edilib!

#könlümAzərbaycan Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”nin başa çatması ilə əlaqədar tədbir təşkil olunub. Öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx təqdim olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 1-9 dekabr tarixini əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “ Könüllülük Sərhəd Tanımır!”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib. Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif qurum və təşkilatlara təşəkkürnamələr təqdim olunub.    


2019-12-10

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 3-cü günü başa çatıb


2020-02-13

Ətraflı >

“Milli – mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilarçılığı ilə “Milli–mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov iştirak etmişdir. İlk öncə tədbirdə DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxladığını, Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğunu və Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcəyini bildirib. Daha sonra Gənclər fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib. O, bütün münaqişələrin kökündə mənəvi dəyərlərin təbliği işinin düzgün aparılmaması durduğunu, ulu öndər Heydər Əliyev mənəvi dəyərlərin təbliği və təşviqi sahəsində mühüm siyasət yürütdüyü və bu siyasət bu gün də prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini də qeyd edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli milli-mənəvi dəyərlərin təbliğində gənclərin potensialından istifadənin əhəmiyyətinə toxunub və bu sahədə gənclər təşkilatlarını fəal olmağa çağırıb. ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov qeyd edib ki, hal-hazırki dövrdə milli-mənəvi dəyərlərin fonunda dünyada globallaşma prosesi davam edir və Azərbaycan xalqının formalaşmasında da onun rolu böyükdür. O, gənclər təşkilatlarının informasiya və kommunikasiya texnologiyaları vasitəsiylə milli-mənəvi dəyərlərin təbliğini etməli olduqlarını və informasiya texnologiyaların sürətli inkişafı müsbət dəyişikliklərə səbəb olacağını, milli-mənəvi dəyərlərin sosial şəbəkələr vasitəsiylə daha çox yayılmasını təmin edəcəyini bildirib.  


2018-09-27

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb


2020-02-16

Ətraflı >

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.  


2020-02-22

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin 27 sentyabr təxribatı ilə bağlı bəyanatı

Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Allahdan həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik! Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı, Nüzgər və Aşağı Əbdurrəhmanlı kəndləri işğaldan azad edilib. Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Ölkənin Tələbə Gənclər Təşkilatlarını və yüzminlərlə gəncini ətrafında birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq, cəbhəboyu baş verən döyüşlərlə bağlı aşağıdakıları bəyan edirik: 1.   Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq, 2.   Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. 3.   Cəbhədə rəşadətlə müqəddəs torpaqlarımızı müdafiə edən, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda doyüşən ordumuzla fəxr edirik və onlarla həmrəylik ifadə edirik, 4.   Ölkəmizə qarşı 30 ilə yaxındır davam edən işğalın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə sosial şəbəkələrdə fəal olmağa və #StopArmenianAggression #KarabakhisAzerbaijan həştəqləri ilə paylaşımlar etməyə dəvət edirik, 5.   Bu həssas məqamda xalqımızı yalnız rəsmi mənbələrə istinad etməyə və hərbi məlumatlar, foto və videoları sosial şəbəkələrdə paylaşmamağa çağırırıq.   Gənclərimiz daima dövlətimizin yanında sıx olduğunu bir daha nümayiş etdirməyə hazırdır və cənab Ali Baş komandanın əmrinə müştaqdır. Tanrı şanlı ordumuzu qorusun!


2020-09-27

Ətraflı >

“Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” elmi konfransı keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 6 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni ideyalar ortaya çıxarmaq olub. Elmi-praktik konfransı giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb. Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd etmişdir ki, fəaliyyət göstərdiyi 13 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görmüşdür. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib və tələbə-gənclər üçün bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra konfransda tələbələr tərəfindən  “Ekoloji fövqəladə hallar və onların qarşısının alınması yolları”, “Bakı şəhərində yağış sularının idarə olunması: mövcud vəziyyət,  təhdidlər və istifadə olunmamış imkanlar”, “Neftlə çirklənmiş ərazilərin müasir üsullarla təmizlənməsi”, “Alternativ enerji mənbələrinin yarada biləcəyi fövqəladə hallar və onların aradan qaldırılması yolları” və.s mövzularda təqdimatlarla müşayiət olunan çıxışlar səsləndirilmişdir.    


2018-12-17

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair son iclası ilə bağlı bəyanatı

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


2020-10-24

Ətraflı >

1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib

  1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib. Belə ki, bir uşaq 1 günlük Bakı Avrasiya Universiteti Tələbə Gənlər Təşkilatının Sədri təyin edilib. 1 günlük sədr təyin edilən balaca Gülay universitetin rektoru, prorektorları, dekanları və müəllimləri ilə görüşüb. Sonda BAAU TGT fəalları ilə görüşən Gülay TGT-nin fəaliyyəti və iş planı ilə yaxından tanış olub.              


2019-06-01

Ətraflı >

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda video iclas keçirilib

21 may 2020 il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovla baş tutan online konfransda müzakirə edilən məsələlər barədə ATGTİ-nin 23 may 2020-ci il tarixində keçirilmiş geniş formatda video iclasında ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının sədrlərinə ətraflı məlumat verilmişdir.  İclasda koronovirus pandemiyası dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə Təhsil nazirinin qeyd etdiyi məlumatlar paylaşılmış, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün e-telebe.edu.az elektron portalının istifadəsi, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklərə dair məsələlər müzakirə olunmuşdur.  Daha sonra TGT sədrlərini maraqlandıran suallar cavablandırılmış, şərh və təkliflər qeydə alınmışdır. Tələbələrin iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün TGT-lər tərəfindən sorğuların davamlı şəkildə keçiriləcəyi bildirilmişdir. Sorğuların nəticələrinə əsasən tələbələri narahat edən məsələlər operativ şəkildə aidiyyəti üzrə rəsmi qurumlara təqdim olunacaqdır. Həmçinin, Təhsil Nazirliyinin məsul nümayəndələri ilə gələcəkdə də mütəmadi görüşlərin keçiriləcəyinin faydalı olacağı qeyd olunmuşdur.    


2020-05-23

Ətraflı >

ATGTİ əməkdaşı Türkiyənin Samsun şəhərində keçirilən "Beynəlxalq Media Təlim Düşərgəsində" iştirak edib

35 ölkədən 150-dən artıq Media nümayəndəsinin iştirak etdiyi beynəlxalq təlimdə Azərbaycanı 3 media nümayəndəsi təmsil edib. Sonda beynəlxalq təlim iştirakçılarına İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Aljazeera Media İnstitutu, Anadolu Agentliyi (AA) və Türkiyə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim edilib. Təlimlər zamanı ATGTİ-nin rəsmi sosial şəbəkə hesabları 99 illik təcrübəyə malik Anadolu Agentliyinin (AA) səlahiyyətli nümayəndəsi tərəfindən bəyənilib və 10 bal üzərindən 10 balla qiymətləndirilib.            


2019-10-04

Ətraflı >

Bir sıra diplomatlar ATGTİ ofisində tələbələrlə görüşüb

Azərbaycanın Respublikasının Diplomatik Xidmətinin 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyinin dəstəyi və ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanın Efiyopiyadakı səfiri Elman Abdullayevin və Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Qaya Məmmədovun tələbələrlə görüşü baş tutub. Bununla yanaşı, Uruqvayın Katolik Universitetinin Ərəb və İslam Araşdırmaları bölməsinin direktoru Susana Manqana da ATGTİ ofisində olub və tələbələrə seminar keçib.                  


2019-09-27

Ətraflı >