• Bizi izləyin:
AZ | RU | EN

Məmmədov Faiq

Məmmədov Faiq Rəşad oğlu 10 oktyabr 1996-cı ildə Gəncə şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhəri 6 saylı məktəb-liseyini bitirib. 
 
2013-2017-ci illərdə Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr pilləsində təhsil alaraq  “Fəxri Məzun” adına layiq görülüb, fərqlənmə ilə məzun olmuşdur. 2017-ci ildən etibarən “ADA” Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir.
 
2013-cü ildən etibarən universitetin Tələbə Gənclər Təşkilatında (TGT) fakültə sədri, klub sədri, icraçı-müavin vəzifələrində çalışmışdır. 2014-cü il aprel ayında ADU TGT-nin sədri vəzifəsinə seçilib, 2017-ci ilə qədər həmin vəzifədə çalışmışdır.
2014 Oktyabr - 2015 iyun tarixlərində Bakı Avropa Oyunları Əməliyyat Komitəsində protokol mütəxəssisi daha sonra protokol meneceri vəzifələrində çalışıb.
2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiyadasının Təşkilat Komitəsində Protokol xidmətinin əməkdaşı, 2017-ci il ərzində İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin Protokol Departamentinin mütəxəssisi, 2016-2017-ci illərdə ADU üzrə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

2017-ci ilin iyulunda Avropa Gənclər Kartı Assosiyasiyasının Serbiyada keçirilən Baş Assambleyasında 9 nəfərdən ibarət idarə heyətinin ilk azərbaycanlı və ən gənc üzvü seçilib.
 
2017-2018-ci illər ərzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İcraçı Direktoru vəzifəsini icra etmişdir.
2018-ci ilin martından etibarən “EKSPO 2025 Bakı” Əməliyyat Komitəsində gənclərdən ibarət “Qrup 25”in rəhbəri vəzifəsində işləmişdir.
Bununla yanaşı 2017-ci ilin martından etibarən Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın üzvüdür.

İştirak etdiyi Beynəlxalq Tədbir və Konfranslar

Avropa Gənclər Kartı Assosiasiyasının idarə heyətinin iclası – Brüssel, Belçika

Avropa Gənclər Kartı Assosiasiyasının idarə heyətinin iclası və Baş Assambleyası – Sintra, Portuqaliya

Avropa Gənclər Kartı Assosiasiyasının reqional iclası – Varşava, Polşa

Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) və Avropa Şurasının birgə təşkil etdiyi “Gənclər siyasətindən uğurlu təcrübələrə doğru” – Budva, Monteneqro

Tələbə Kartı ilə iş sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın təşkili məqsədilə qarşılıqlı görüş və əməkdaşlıq haqqında sazişin imzalanması – London, İngiltərə

Dünya Tələbə Gənclər Festivalı – Soçi, Russiya

Avropa Gənclər Kartı Assosiasiyasının idarə heyətinin iclası – Brüssel, Belçika

Tələbə Kartı ilə iş sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın təşkili məqsədilə qarşılıqlı görüş – Budapeşt, Macarıstan

Avropa Gənclər Kartı Assosiasiyasının baş assambleyası – Belqrad, Serbiya

 

Avropa Gənclər Kartı Assosiasiyasının regional iclası – Praqa, Çexiya

Gdansk, Polşa

AMOR təşkilatının 7-ci Forumu – Moskva, Rusiya

Mədəniyyətlərarası emalatxana – Yust, Almaniya

Avropa Gənclər Kartı Assosiasiyasının baş assambleyası –  Gdansk, Polşa

Avropa Tələbə Birliyinin İdarə Heyətinin 70-ci iclası – Bergen, Norveç

Avropa Gənclər Kartı Assosiasiyasının iclası – Lisabon, Portugaliya

Avropa Gənclər Kartı Assosiasiyasının regional iclası –  Sofia, Bolqarıstan

Youth İn Action programı çərçivəsində beynəlxalq konfrans –  Gaziantep, Türkiyə

                                             Sertifikat və Diplomlar

Gənclər və İdman Nazirliyi tərəfindən 2016-cı ildəki uğurlu fəaliyyətinə görə 2 fevral –  Azərbaycan Gənclər Günü münasibəti ilə təltif olunub

Gənclər və İdman Nazirliyi tərəfindən dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fəallığa görə Fəxri Fərmanla təltif olunub

Gənclər və İdman Nazirliyi və ATGTİ tərəfindən Təhsil Aldığı Müəssisənin Tələbə Gənclər Təşkilatında Göstərdiyi Uğurlu Fəaliyyətə Görə Diplomla təltif   olunub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən Respublikanın ictimai həyatında və gənclərin vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ildəki uğurlu fəaliyyətinə görə 2 fevral – Azərbaycan Gənclər Günü münasibəti ilə təltif olunub

Azərbaycanda EHEA Tvinninq layihəsi çərçivəsində “Bolonya prosesi və Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatları” təlimində iştirakı haqqında sertifikat

ADA Universitetinin Planning and Organizing adlı treyninq kursunda iştirak haqqında sertifikat (Yanvar 2015)

ADA Universitetinin Presentation Skills adlı treyninq kursunda iştirak haqqında sertifikat (Yanvar 2015)

ADA Universitetinin Conducting Effective Meetings adlı treyninq kursunda iştirak haqqında sertifikat (Yanvar 2015)

Avropa İttifaqının təşəbbüsü ilə keçirilən Erasmus+ Youth in action Türkiyə Cümhurriyəti, Qaziantep şəh.

İlhamla İrəli təşkilatının təşəbbüsü ilə keçirilən Siyasi Debatların qalibi

Baku European Athletics Trials 2014 də könüllü kimi iştirakçı sertifikatı

IELTS 7.0

 
İngilis və rus dillərini bilir.

Subaydır.