• Bizi izləyin:
AZ | RU | EN

“Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib

16.10.2019, 10:33 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

“Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib.

Layihə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz izini qoymuş aprel şəhidlərinin şücaəti və qəhrəmanlığından bəhs edən tamaşadır.

Tamaşa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Odlar Yurdu” Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində nümayiş
olunub.

Tamaşanın məqsədi – gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda vətənə, dövlətə, torpağa bağlılıq hislərini artırmaq, aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliğidir.

Tamaşanın rejissoru Respublikanın xalq artisti Vaqif Əsədov, ssenaristi şairə Leyla Bəyimdir.